ər. ərəq + fars. çin
Qiymətli parçadan, çox vaxt tirmədən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi; təsək. (“Koroğlu” dastanının lüğəti)
Altun araxçını qoyub başına,
Qüdrət qələmini çəkmiş qaşına,
Yeni girmiş on dörd, on beş yaşına,
Səri durna telli Eyvaz, ağlama!
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıBax: araxçın. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu durnanın başındakı çıqqanı yolub, Eyvazın araqçınına sancdı.
Eyvaz dedi:
– Ey Cəlali Koroğlu, daha əmim qızı yoxdu ki, mənə araqçın tiksin. Niyə çıqqa ilə mənim araqçınımı deşdin?
Koroğlu dedi:
– Qurban olduğum, qoymaram sən başına belə araqçın qoyasan. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıUzunluq ölçüsü. (“Koroğlu” dastanının lüğəti)
Müxtəlif ölkələrdə 65,2 sm-dən 112 sm-ə qədər, Azərbaycanda 0,71 metrə bərabər hesab olunmuşdur. Qədimdə arşın burunun ucundan yana açılmış qolda barmaqların ucuna qədər olan uzunluğa bərabər olub. Öz arşını ilə ölçmək ifadəsi də bu ölçünün ayrı-ayrı şəxslərdə müxtəlif olması ilə bağlıdır. Fars mənşəli sözdür. Rus dilinə türk dilindən keçdiyi üçün bəzi mənbələrdə türk mənşəli söz hesab edilir.
Nə qədər ki mən sağam, Qafın bu üzündən o üzünə gərək bir arşın bez də getməyə. (“Koroğlunun Bayazid səfəri”)
*
Dağın aşağısında on iki arşın eni, yüz arşın uzunu olan bir dərə var idi. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıİstək, məqsəd, məram. (“Koroğlu” dastanının lüğəti)
İstanbuldan buta alıb gəlmişəm,
İstanbulda arzumanım qalmadı.
Çənlibel oylağım, Qırat dayağım,
At minməkdə arzumanım qalmadı.
(“Koroğlunun İstanbul səfəri”)
*
İllər ilən arzumanın çəkərəm,
Əfqanımdan zara gəldi el, sonam!
Aşiq oldum, mən günahkar olmadım,
Gözüm yaşı ümman oldu, sel, sonam!
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
*
Qəcər Alı Toqatın lap arzuman pəhləvanlarından idi. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası