Ruhlar aləmi. (“Koroğlu” dastanının lüğəti)
İnanca görə yaradılışdan öncə ruhlar aləmi olmuşdur və ruhlar aləmi-zərdə yaşamışlar.
Yağı düşman dörd bir yanın alıbdı.
Əgər yatıbsansa ayıl, Eyvazım!
Aləmi-zürridə, qalu bəladə,
Olmuşam dərdinə qail, Eyvazım!
(“Durna teli”) (“ Bağdad–Əsəd”, “Bağdad–Əli”)
Azərbaycan dastanlarının leksikasıDastanda məcazlarda işlənir. (“Koroğlu” dastanının lüğəti)
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
*
Koroğlu gördü ki, ağlamaqdan Eyvazın gözləri alma yekəlikdə oldu. Öz-özünə dedi: “Ay yazıq, di gəl bu hayhahayda bunu sakitləşdir, yoxsa ürəyi partlayacaq”. (Paris nüsxəsi, 3-cü məclis)
*
Bir alma dırnaqlı, hündür boyunlu... (“Həmzənin Qıratı aparması”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıAlmasatan. (“Koroğlu” dastanının lüğəti)
Pərizad xanım burda qalsın, indi eşit almaçıdan. Koroğlu almaçıya dönə-dönə tapşırmışdı ki, onun gəlişini heç kəs bilməsin. Almaçı şam üçün yağ-düyü alanda baqqala dedi, yaxşısından, Koroğluya layiq olandan ver. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıQızıl. (“Koroğlu” dastanının lüğəti)
Rəğib bundan keçməsin,
Namərd mətləbə yetməsin, broy!
Altun kəmər incitməsin,
Yar, belinə qurban olayım!
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Qüdrətin qələmin çəkim qaşuva,
Yenicə yetübsən on dörd yaşuva,
Altun araqçınlar qoyum başuva,
Səri durna tellim, Eyvaz, ağlama.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıO yan, o tərəf. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu çölə çıxmışdı, dolana- dolana gəlib çıxdı Ağ qayaya. Bir də baxdı Çənlibelin anrı ətəyində o qədər at var, adam var ki, elə bil qarğa-quzğundu. (“Koroğlu ilə Bolu bəy”)
*
Xan sağ olsun, Mən Əhməd tacirbaşının quluyam. Qafın anrı üzünə xırıda getmişdik. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası