Ah çəkmə, sızlama, zarıldama; fəryad, inilti. (“Koroğlu” dastanının lüğəti)
Başına döndüyüm, ay qoç Koroğlu,
Əgər igidsənsə, gəl apar məni,
Həsrətindən yoxdur səbrim, qərarım,
İncidir sərasər ahü-zar məni.
(“Koroğlunun Dərbənd səfəri”) (“Dərbənd–Vəli”)
Azərbaycan dastanlarının leksikası1. Gümüş pul (ilk dəfə 1329-cu ildə Sultan Orxan kəsdirmişdir).
M.Füzulinin “Şikayətnamə” əsərində aqça şəklində işlənir. Dastanda həmçinin qızıl pul mənasında da rast gəlinir.
2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər, pulcuqlar da axça adlanır. (“Koroğlu” dastanının lüğəti)
Dastanda 1-ci mənaya rast gəlinir.
Mən bu dünyada aşığam,
Aşıq deyiləm, işığam,
Axcasız, pulsuz aşığam,
Malım yoxdur alam səni.
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Tövləbaşıya bir kisə qızıl verib dedi:
– Tövləbaşı, al bu axçaları, yeddi arxdan dolanına belə bəsdi. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıPendir növüdür. (“Koroğlu” dastanının lüğəti)
Prof. B.Əhmədov sözün mənşəyinin iki variantını göstərir. 1. Hərfi mənası “alt-üst etmək”, “qarışdırmaq”, “yoğurmaq” deməkdir. Belə hazırlanır: isidilmiş (lakin çiy) südə maya vurulur, qabı isti parçaya bükürlər, su üzə çıxanda süzür, bərk qarışdırır və sonra motala basırlar. Türkmən dilində “qarışdırmaq” sözünün sinonimi kimi aqmak feili işlədilir. Aqdarmaq onun təsirli variantıdır. Axtarma pendirlə soğ südünün qarışdırılması anlamını əks etdirə bilər. 2. Bəzi rayonlarda üzlü pendiri belə adlandırırlar. Borçalı dərəsində hər cür üzlü pendirə yox, motalda saxlanılan və üstünə soğ südü tökülmüş pendirə axtarma deyirlər (soğ südü-qoyun soğulma ərəfəsində sağılan ən yağlı süddür). Belə pendiri əziz qonaqlar üçün başqa motalların arasında gizlədir, sonra tapıb seçmək üçün axtarış aparırlarmış. Adı da buradan ola bilər (B.Əhmədov. “Etimologiya lüğəti” Bakı, “Altun kitab”, 2015). Axtarma sözü Aşıq Ələsgərin “Dağlar” qoşmasından orta məktəb şagirdlərinə tanışdır (bu söz çox zaman yanlış vurğu ilə tələffüz olunur).
Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarmá motalın, yağın, qaymağın,
Zənbur çiçəyindən bal alı dağlar.
“Koroğlu” dastanında axtarma sözü yalnız “qənimət” mənasında işlənir:
Əsli dəmir olan əksən bükülür.
Dəbülğə oynalur, geyim sökülür,
Baş kəsilir, axtarmalar çəkilir,
Qoç igid qazanır namı meydanda.
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikasıHeyvanlara yem tökmək üçün taxta, daş, və s.-dən düzəlmiş qab, qutu. (“Koroğlu” dastanının lüğəti)
Sən tövlədə hər day üçün qırx gözlü bir axur qayıracaqsan. (“Alı kişi”)
*
Qoç Koroğlu qonar olsa yəhərə,
Yağı düşmənləri salar qəhərə,
Axurda arpasın qoymaz səhərə,
Dara düşsəm, mənə kömək Qıratım.
(“Koroğlunun İstanbul səfəri”)
*
Mirzə oğluna tapşırdı ki, dayça üçün yerin altında bir tövlə tiksin. Rövşən atasının dediyinə əməl etdi. Tövlədə iki axur, axurların arasında da bir hovuz tikdi. Hovuzu su ilə doldurub axurlara da çoxlu arpa, saman tökdü. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikasıHiylə, məkr, yalan. (“Koroğlu” dastanının lüğəti)
Qırmızı. (“Koroğlu” dastanının lüğəti)
Görsün mən dəlinin indi gücünü,
Boyansın əndamı al qana, gəlsin!..
(“Koroğlu ilə Dəli Həsən”)
*
Əyləşibdi Çənlibelin elində,
Deyil işlərində naşı Koroğlu.
Misri qılınc həmayıldi belində
Geyər hər vaxt al-qumaşı Koroğlu.
(“Koroğlunun Ərzurum səfəri”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası