Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

abi-neysan

Bax: abi-leysan. (“Koroğlu” dastanının lüğəti)

Nigar xanımın gözləri elə dolub, elə dolub ki, elə bir bahar bulududu. Elə haya bənddi ki, abi-neysan kimi süzülüb tökülsün. (“Koroğlunun qocalığı”)

Azərbaycan dastanlarının leksikası

ağı

Bax: ağu. (“Koroğlu” dastanının lüğəti)

Qırram qayaları, yıxaram dağı,

Xanlar zəhər içər, sultanlar ağı.

Çənlibeldi qoç Koroğlu oylağı,

Şah da gəlsə, Çənlibelə qoymaram.

                                    (“Koroğlunun Bayazid səfəri”)

Azərbaycan dastanlarının leksikası

ahu-zar

Bax: ahü-zar. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası