İpək, ipək iplik. (“Koroğlu” dastanının lüğəti)
Saç, tel sözlərinin epiteti kimi də işlənir:
Paşa, sənə nişan verim Qıratı,
Əbrişim ipəkdən yalı gərəkdi.
Bir mina boyunlu, uca sağrılı,
Bir yarım hoqqadan nalı gərəkdi.
(“Həmzənin Qıratı aparmağı”)
*
Ərəbatın tərifini eylərəm,
Əbrişim telindən yalı gərəkdi.
Buğanaq ayağlı, yonma dırnağlı.
Bir hoqqa gümüşdən nalı gərəkdi.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıƏrəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən İran əhalisinə verilən ad. (“Koroğlu” dastanının lüğəti)
Yağı düşmən dörd bir yanım alıbdı,
Oyan, əcəm oğlu, dur get bu yerdən!
Sənin dərdin bu canımda qalıbdı,
Oyan, əcəm oğlu, dur get bu yerdən!
(“Koroğlu ilə Bolu bəy”)
*
O hamama gedib çimdi. Sonra bir dəst əcəm paltarı geyindi, bir saz götürüb şəhərin meydanına getdi. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikasıər., əsli: yunan
1. Oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz.
2. Ümumiyyətlə, hörmət bildirmək üçün işlənir. (“Koroğlu” dastanının lüğəti)
Əfəndi cəld ayağa qalxdı. Qələm-davatını götürüb, bir əlində imanı, bir əlində tumanı düşdü Koroğlunun yanına. (“Koroğlunun İstanbul səfəri”)
*
Əyri qılınc mənim püşdü pənahım,
Axtarıram səni bu gün, əfəndim!
Çəkib qopardaram bədəndən boynun,
Qoymam qala novcavanın, əfəndim!
(“El aşıqları”)
Azərbaycan dastanlarının leksikasıər. ğeyr sözünün cəmi
1. Özgə(lər), dost olmayan(lar) rəqib(lər), yad(lar).
2. Qənim. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, mən sözümü söylərəm,
Əğyarımdan bir əhvalat dilərəm,
Qorxma namərd, səni azad elərəm.
Koroğlunu tutan günlər necə oldu?
(“El şairləri”)
Azərbaycan dastanlarının leksikası