İpək, ipək iplik.
Sayat balam, o gözəllik səndədi,
Sənin sərin taxtı-taca yaraşır.
Əbrişimdən tikdirdiyim xələtlər,
Qamətinə ucdan-uca yaraşır.
(“Sayat bəy-Səyalı xanım”)
*
Saç sözünün epiteti kimi də işlənir:
Hərdən sən Abbası yada salanda,
Dindirib, söylədib, könlün alanda,
Əbrişim saçların səcdə qılanda,
İncidir belini, aman, əl aman!
(“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikasıQaş.
Qurban olum sinəndəki turunca,
Yetir sən dəstimi damana, Gülgəz!
Aytək şölə salıb ayna qabağın,
Əbruların bənzər kamana, Gülgəz!
(“Abbas və Gülgəz”)
*
Sinəyə, sima gərdənə tökülüb gəysuların,
Bənzəyir dörd gecəlik göydə aya əbruların.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıƏrəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən iranlılara, İran əhalisindən olan adamlara verilən ad.
Başına döndüyüm, qurban olduğum,
Əcəm oğlu, iyitliyin günüdü.
Alışıb oduna büryan olduğum,
Əcəm oğlu, iyitliyin günüdü.
(“İrvahım”)
*
Az getdi, üz getdi, dərə, təpə düz getdi, ta ki gəlib çıxdı Əcəm vilayətinə. Əcəm şahın yanına. (“Arzı-Qənbər”)
Azərbaycan dastanlarının leksikası1. Ən fəzilətli, çox fəzilətli.
2. Artıq, çox.
Səndən xəbər alım, ay bala aşıq,
O nədi ki, göydən haça gəlibdi?
Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,
Əfzəli içində neçə gəlibdi?
Al cavabın deyim, ey böyük aşıq,
O qələmdi göydən haça gəlibdi.
Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,
Əfzəli yeddidi, neçə gəlibdi?
(“Qurbani. Diri versiyası”)
Azərbaycan dastanlarının leksikasıərəb. ğeyr sözünün cəmi
Özgə(lər), dost olmayan(lar) rəqib(lər), yad(lar).
Qoyma qalam bəxti qara,
Əğyar hara, de mən hara?
Uzaq elə, bir diyara,
Götür məni apar indi.
(“Şəmşir və Sənubər”)
*
Of, fələk, çıxart, fələk,
Aradan əğyarı, fələk!
Of, fələk, saxla, fələk,
Amandı, o yarı, fələk!
(“Qul Mahmud”)
Azərbaycan dastanlarının leksikasıQırmızı.
Sayat, sərvidir boyu dilbərin,
Boyundan şirindi suyu dilbərin.
Ətirdən iylidi muyu dilbərin,
Səni döndərəndir, ey qızıl əhmər alma!
(“Sayat bəy-Səyalı xanım”)
Qeyd: Qızıləhmədi sözünün etimologiyası qızıl əhmər ilə əlaqələndirilir. Dilimizdə eynimənalı sözlərin qoşa işlənməsi halları vardır (müqayisə et: mürğ).
Azərbaycan dastanlarının leksikasıərəb. əhval, fars. pürsan – soruşma
Əhvallaşma, hal-əhval tutma.
Söz tamama yetən kimi Şah Abbas cəlladları dayandırdı. Nəcəf xanı öldürmədi. Nəcəf xandan əhval-pürsan oldu. Nəcəf xan bütün əhvalatı, mən sizə nağıl eliyən kimi, ona nağıl elədi. (“Nəcəf və Pərzad”)
*
Görək Mustafa ondan nə cür əhval-pürsan olur, Qurbani nə cür cavab verir. (“Qurbani”)
*
Becan aşıqdan əhval-pürsan olanda Pəri xanım başını kəcavədən çıxardıb gördü nə... Abbas quyunun başındadı. (“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikasıMüxtəlif rənglərə çalan laylardan ibarət olan bərk mineral.
Yarımqiymətli daş kimi bəzək şeylərinin hazırlanmasında istifadə edilir.
Dedim, Pəri, nə elərsən məhpara,
Mənim həsrət gözüm heç uymaz xara,
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.
(“Qurbani”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası