Şagird. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu, Eyvaz, qəssab Mir İbrahim, bir də qəssab şəyirdi doqquz yüz baş qoyunun eşqi ilə yola düşdülər.
(Paris nüsxəsi, 3-cü məclis)
Koroğlu Eyvazın əlindən tutub tərkinə çəkdi. Belindəki tirmə şalını açıb Eyvazı möhkəm özünə sarıdı. Qıratı qamçılayıb aradan çıxdı. Qəssab şəyirdi gördü ki, Koroğlu Eyvazı aparır.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıBöyük sürətlə hədəfə hücum etmək, üzərinə atılmaq; böyük sürətlə çapmaq. (“Koroğlu” dastanının lüğəti)
Cünun Koroğluya bir şirin nökər,
Düşmanın üstünə göydən od tökər,
Şığıyıb Qıratın tərkinə çəkər,
Əziz-xələf qılar Koroğlu səni.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası1. Ov.
2. Ovlanan heyvan, quş. (“Koroğlu” dastanının lüğəti)
Çənlibeldən Ərzuruma gələndə
Cəfər paşa düşdü mənim dəstimə.
Axtardım şikarı, yerində tapdım,
Qoymadılar tez yetirəm dostuma.
(“Koroğlunun Ərzurum səfəri”)
Qarşımızda şikar gördüm,
Gizlin deyil, aşkar gördüm.
Hər nə ki var, sənə verdim,
Yoxsa payın azdımı ola?
(“Qulun qaçmağı”)
Ağca Quzu, qəm çəkmə. O sənin şikarındır.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
Azərbaycan dastanlarının leksikasıArıq, sümükləri çıxmış (at haqqında). (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə dayça mənasında da işlənir.
İndi də bir şilxor yabının birini vermişdilər yedəyinə.
(“Durna teli”)
– Əyə bu şilxoruna neçə verim?
Dəllal dedi:
– Gözlərini sil bir yaxşı-yaxşı bax: Şilxor nədi? Buna Koroğlunun Qıratı deyərlər.
(“Durna teli”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası