fars. çellə
1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət.
2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün).
Yalan olmaz mən fəqirin sözündə,
Qışın çilləsində, bahar yazında.
Əyləşdim viran Qarsın düzündə,
Baş götürüb Qeysər deyə gedirəm.
(“Qulam Kəmtər”)
çillə2
fars. çellə
Yay-oxun kirişi.
Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə yazır: Görünür, kiriş 40 sapdan (ipdən) eşilmiş olub (çillə 40 deməkdir):
Şahzadə Bəhrəm irəli yeridi. Oxunu çilləyə qoydu. Kəkliyə bir ox atdı. Bəhrəmin oxu da kəkliyə dəymədi... Acıqlı-acıqlı üçüncü oxunu çilləyə mindirib atdı. Bu ox da dəymədi. (“Şahzadə Bəhrəm”)
*
Nəzər salıb qara daşı dindirən,
Hökm ilə ay ilə günü döndərən,
On dörd oxu bir çilləyə mindirən,
Kimin vardır kamandarı təkhatək?
(“Şahzadə Əbülfəz”)
Azərbaycan dastanlarının leksikasıAdətən, gəlin toydan sonra, zahı qadınla körpəsi isə doğuşdan sonra 40 gün çilləli hesab olunur.
Bu dövr təhlükəli sayılır. Qaqauz türkləri belə qadınlar haqqında deyirlər ki, onun məzarı 40 gün açıq qalır, onu gözləyir. Adətən, zəif adam haqqında deyirlər: «elə bil çilləyə düşüb», «elə bil çillədən çıxıb», «elə bil çillə çıxardıb».
Azərbaycan dastanlarının leksikasıBu sözün “fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs”, “aşağırütbəli məmur”, “zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs” kimi mənaları var.
Dialektlərdə “başçı” mənasında işlənir.
Bir gün çovuş gəldi ki, hər kim Məkkəyə gedir, gəlsin. (“Alı xan”)
*
Ayıb olmaz mərdin heç nərəsində,
Əslində, bətnində, nə zərrəsində,
Namərd çovuş olsa kənd arasında,
Gedər o divandan donluq davalar.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıXəbərçi, casus.
Bunlar burda qalsın, sizə xəbər verim çuğul qarıdan.
Çuğul qarı gecənin bir aləmində durdu: – Gedim görüm Leyli xanım neyləyir, bəlkə, mənə birbaş yağı düşdü, – deyib yola düzəldi.
*
Çuğul qarı diqqətlə yerə baxıb gördü ki, Leyli xanımın izi günçıxan tərəfə gedir. (“Leyli və Məcnun”)
*
Çuğul Bəsti dedi:
– Yəqin, o, Şəmşirin yanında olacaq. (“Şəmşir və Sənubər”)
Azərbaycan dastanlarının leksikası