Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

çovuş

Bax: çavuş. (“Koroğlu” dastanının lüğəti)

Xotkarın dilindən qızı Nigara yaz ki, “bu naməni sənə verən adam mənim çovuşumdur. Mənim barigahımda mənə olan hörmət gərək ona da ola”. (“Koroğlunun İstanbul səfəri”)

Azərbaycan dastanlarının leksikası

çövkən

Bax: çovkan. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

çovğan

Bax: çövkən. (“Koroğlu” dastanının lüğəti)

Gördü bir neçə saray adamı qabaqda, onların arxasınca əllərində çovğan olan bir neçə xacə, sonra isə Nigar xanım bir neçə kəniz, incəbel qızla gəlir. (Paris nüsxəsi, 4-cü məclis)

Azərbaycan dastanlarının leksikası

çilleyi-kaman

Bax: çillə. (“Koroğlu” dastanının lüğəti)

Dəmirçioğlu yayı çiynindən aşırdı, oxları bir-bir çilləyi-kamana mindirib, yerindən tərpənəni vurub yerə saldı. (“Koroğlunun Ərzurum səfəri”)

*

Bunu fikirləşib, Koroğlu oxu mindirdi çilleyi-kəmanı, başçı durnaya bir ox atdı. (“Eyvazın Çənlibelə gətirilməyi”)

Azərbaycan dastanlarının leksikası