Şifahi xalq ədəbiyyatında körpəni əzizləyərkən oxunan lirik şeir forması.
Müxtəlif mənbələrdə “əzizləmə, bəsləmə, əyləndirmə, nazlama” terminləri ilə də ifadə olunur. Vahid bədii forması yoxdur; misraların, misralardakı hecaların sayı, qafiyə quruluşu şeirdən-şeirə fərqlənir. Laylalardan fərqli olaraq oxşamalar körpəni yatırmaq üçün deyil, əzizləmək, oynatmaq, ağlamağa qoymamaq üçün oxunan nəğmələrdir. Oxşamalar oynaq, şən, ritmik olmaqla yanaşı, həm də zarafatyana ifadələrlə zəngindir; məsələn:
Ay Tanrı, bundan beş dənə ver,
Göydə uçan quşlara ver.
Qarımış, qaralmışlara,
Evdə qalmışlara ver.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. oxus – kəskin + moros – ağılsız
Üslubi fiqur: bir-biri ilə ziddiyyət təşkil edən iki sözün birlikdə işlədilməsi ilə yaranan antiteza.
Fikrin, mənanın ekspressiyasını qüvvətləndirmək üçün istifadə edilir və daha çox ismi birləşmə şəklində olur: “Ölü canlar” (N.Qoqol), acı gülüş, səssizliyin səsi, həqiqi yalanlar, gecənin aydınlığı vә s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. homo – eyni + onyma – adlı
Eyni cür səslənən, lakin mənaca fərqlənən sözlərdən hər biri.
Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər; məs.: qat (qatmaq – feil) – qat (lay – isim). Omonimlik müəyyən edilərkən sözün kökü əsas götürülür. Sözə şəkilçi qoşulduqdan sonra eyniləşən sözlər omonimlik yaratmır; məs.: qazan (isim), qazan (feili sifət – quyu qazan); iti (sifət), iti (ismin təsirlik halı) və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQrammatik funksiyasına görə bir-birindən fərqli, deyiliş və yazılışca eyni olan qrammatik və leksik şəkilçi.
Nümunə: -ış4: görüş (feilin qarşılıq növ şəkilçisi) və görüş (isim düzəldən şəkilçi); -acaq2: dayanacaq (gələcək zaman şəkilçisi) və dayanacaq (isim düzəldən şəkilçi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKiçik opera; danışıq, rəqs və vokal-musiqi ifalarının növbələşdiyi, adətən, komediya xarakterli səhnə əsəri.
Ümumilikdə akademik musiqi ənənələrinin varisi olsa da, yüngül, populyar xarakter daşıyır. İlk Azərbaycan operettasını (“Ər və arvad”) 1909-cu ildə Ü.Hacıbəyli yazıb. 1910-cu il mayın 24-də əsər ilk dəfə tamaşaya qoyulub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin tələffüz şəklini və qaydalarını müəyyənləşdirən dilçilik sahəsi; fonetikanın tərkib hissəsi.
Azərbaycan orfoepiyasına saitlərin, samitlərin, şəkilçilərin, qoşmaların, habelə alınma sözlərin tələffüzünü tənzimləyən qaydalar daxildir. Sözlərin tələffüz şəkillərinin yazıda göstərilməsi zamanı transkripsiyadan istifadə olunur: təəccüblə [tə:ccübnən]. Orfoepiyaya vurğu və intonasiya da daxil edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. orthos – doğru, düzgün + grapho – yazıram
Sözlərin yazılış qaydalarını müəyən edən dilçilik sahəsi.
Orfoqrafiya qaydaları müəyyənləşdirilərkən sözlərin yalnız səs tərkibi deyil, həm də etimoloji, morfoloji xüsusiyyətləri nəzərə alınır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDilin sözlərinin düzgün yazılışını nizamlayan, dövlət tərəfindən təsdiq olunan lüğət.
Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti 1929-cu ildə nəşr edilmişdir. 1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar orfoqrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir. 1958-ci ildə yeni orfoqrafiya qaydaları qəbul edildi. 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə 58 min söz verilmişdir. 2004-cü ildə latın qrafikası ilə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın, 2013-cü ildə nəşr olunmuş sonuncu orfoqrafiya lüğətində isə 110 mindən artıq sözün düzgün yazılışı verilmişdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTürk xalqlarında poetik söz vә musiqi sənətinin əsas daşıyıcısı.
Ozanlar indiki aşıqların sələfləri olublar. Azərbaycanda ozanları həm də yanşaq, dədə, varsaq adlandırıblar. Qədim dövrlərdə ozanlar el içində ağıllı, ədalətli və müdrik insan kimi qəbul ediliblər. Onlar məsləhət verir, yol göstərir və çətin zamanlarda öndə olurdular. Ozanlar, adətən, şeirlərini qopuzun müşayiəti ilə musiqili şəkildə söyləyirdilər. “Kitabi-Dәdә Qorqud” boylarını düzüb-qoşan Qorqud atanın özü dә ozandır, xalq müdrikidir, ağıllı, faydalı mәslәhətlәr verәn, uzaqgörәn şәxsdir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKitabların əvvəlində əsərin mövzusunu, ideyasını, məqsədini, sənətkarlıq xüsusiyyətlərini izah edən yazı; müqəddimə.
Ön söz həm müəllifin özü, həm də başqaları tərəfindən yazıla bilər. Başqaları tərəfindən yazılan ön sözlərdə əsər müəllifinin yaradıcılığı da təhlil olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti