Nağılın əsas süjeti bitdikdən sonra söylənən sonluq; epiloq xarakterli final.
Adətən, bir çox nağıllar üçün xarakterik olan standart ifadələrdən ibarət olur: “Göydәn üç alma düşdü, biri nağıl deyәnin, biri nağıla qulaq asanın, biri də nağılı yadda saxlayanın. Siz sağ, mәn səlamət. Siz yüz yaşayın, mәn iki әlli. Hansı çoxdu sizin, qalanını da mәnə verin...” Sonu sevgililərin bir-birinə qovuşması ilə bitən nağıllarda: “Qırx gün, qırx gecә toy elәdilәr. Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, dövrə keçin”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKitab və ya dövri mətbu nəşrlərin istehsalı və satışı ilə məşğul olan hüquqi və ya fiziki şəxs; nəşriyyat sahibi.
Burada “nəşrin istehsalı” dedikdə, ilk növbədə, nəşriyyat-redaksiya prosesləri: redaktə, dizayn, korrektura və s. nəzərdə tutulur. Bu fəaliyyət nəşrin maketinin hazırlanması ilə başa çatır. Nəşr məhsulunun çoxaldılması (tirajlanması) mətbəədə baş verir ki, bunun da maddi-texniki təminatını naşir həyata keçirir. Kitab satışının, habelə marketinqin təşkili də naşirin funksiyalarına aiddir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQafiyə yaradan sözlərin az bir hissəsinin, əsasən, son hecasının səsləşməsi.
Belə qafiyəyə bəzən yoxsul qafiyə və ya yarımqafiyə deyilir; məsələn:
Çеvirib üzünü nərəyə dönsən,
Кönlümün gözləri düşər ardına,
Çünкi təbiətdən öyrənmişəm mən,
Günəbaхan baхar Günəş yurduna. (M.Müşfiq)
Bu nümunədə dönsən sözü ilə mən, ardına sözü ilə yurduna sözləri qafiyə sözlər olsa da, onların yalnız az bir hissəsi – sonu bir-biri ilə səsləşir; yaxud:
Günbəgün könlümün artır qubarı,
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax! (M.P.Vaqif)
Bu nümunədəki qubarı, qəmküsarı, əğyarı qafiyələrinin son iki hecası səsləşdiyi üçün natamam qafiyədir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq ədəbiyyatında lirik növün ən qədim janrlarından biri.
İnsanların dünyagörüşünü, məişətini, adət və ənənələrini, əmək və məşğuliyyətini əks etdirən nəğmənin mövzu baxımından bir çox növləri vardır. Onların arasında əmək nəğmələri çoxluq təşkil edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMahnılarda hər bәndin sonunda tәkrar olunan bir vә ya bir neçə misra.
Nəqəratdan müәllifin ifadә etmәk istәdiyi әsas fikir vә duyğunu qabarıq şәkildә çatdırmaq mәqsәdilә istifadә olunur. Bir çox laylalarda hər bəndin sonunda işlənən “laylay balam, a laylay, / körpə balam, a laylay” nəqərat nümunəsidir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlənin məqsəd və intonasiyaya görə növlərindən biri: müəyyən hadisənin, varlığın olub-olmadığını ifadə edən cümlə.
Məsələn: Yanar ürəklərdən xalqın nurlu taleyi yaranır (V.Hüqo). Nəqli cümlədə məntiqi cəhətdən zəruri hesab edilən sözdə ton yüksəlir, cümlənin sonuna doğru isə enir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiVəzni, qafiyəsi olmayan, ədəbi danışıq dilinə xas cümlələrdən ibarət bədii nitq forması.
Nəzmin struktur vahidləri bəndlər və misralardırsa, nəsrdə bunu həcm və forma baxımından daha sərbəst olan abzaslar və cümlələr əvəz edir. Daha çox nəzmdə rast gəlinən bir çox bədii ifadə vasitələri – məcaz və üslubi fiqurlar bədii nəsr üçün də səciyyəvi ünsürlərdir. Nəsrlə yazılan əsərlər sırasına hekayə, povest, roman, novella, oçerk, memuar və s. daxildir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞәrq vә Azәrbaycan әdәbiyyatında didaktik sәciyyə daşıyan əsərlər.
Nəsihətnamələr hәm nәzmlә, hәm dә nәsrlә yazılıb. Nәsihәtnamә yazan sənətkar xalq təfəkküründən gələn mənəvi-etik normaları aforistik şəkildə oxucuya çatdırır. A.Bakıxanov, S.Ә.Şirvani vә başqa ədiblərin nәsihәtnamәlərində böyüyə hörmət, zəhmətə çağırış motivləri ifadə olunub. A.Bakıxanov “Nəsihətnamə” adlı əsərini nəsrlə yazıb. S.Ə.Şirvaninin isə oğluna nəsihət şəklində yazdığı “Öyüd”ləri nəzmlədir:
Ey oğul, olma talibi-badə,
Getməsin ta ki izzətin badə.
Badənin zuri əqli zail edər,
Adəmi hər fəsadə mail edər.
Əqldəndir şərafəti-insan,
Olmasa əql, mərd olur nadan.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYazıçının başqa bir müəllifin əsərindən təsirlənərək yazdığı oxşar, lakin bir çox cəhətdən yeni bir əsər.
Parodiya və təqliddən fərqli olaraq nəzirədə ilkin əsərə və ya onun müəllifinə qarşı kinayə olmur. Əksinə, bir çox hallarda nəzirə müəllifinin öz sələfinə və ya bəhrələndiyi əsərə hörməti bu və ya digər şəkildə özünü büruzə verir. Mövzu vә süjet etibarilә nəzirədə әvvәlki әsәrdәkindәn ciddi surәtdә fәrqlәnәn bir ideya da ifadә oluna bilir. Ədəbiyyatımızda nəzirə yazmaq ənənəsi geniş yayılıb. Ş.İ.Xətai İ.Nəsiminin “Ayrılır” qəzəlinə nəzirə yazıb. Bu qəzəldə Ş.İ.Xətai İ.Nəsiminin birinci misrasını olduğu kimi saxlayıb. M.Ə.Sabir “Amalımız, əfkarımız ifnayi-vətəndir” şeirini Türkiyə şairi N.Kamalın “Vətəndir” şeirinə nəzirə yazıb. X.Natəvan “Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm” misrası ilə başlanan qəzəlini M.Füzulinin eyni rədifli qəzəlinə nəzirə kimi yazıb:
Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub ustad olan könlüm.
***
Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?..
***
Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,
Gəzər Məcnuntək avarə, mənim naşad olan könlüm.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnsan hislərini (hiss, həyəcan, arzu və istək və s.) ifadə edən köməkçi nitq hissəsi; məs.: Ay! Oh! Ax! Uff! və s.
Əsas nitq hissələrindən fərqli olaraq nidalar nominativ (adlandırma) funksiyasına malik deyildir. Bu sözlər, sadəcə, insanın ətrafdakı hadisələrə reaksiyasını ifadə edir. Nidalar leksik, qrammatik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü rolunda çıxış etmir. Nidaların müxtəlif məna növləri var: 1) sevinc, heyranlıq bildirənlər: bəh-bəh, ura, oxqay, ay can-ay can və s.; 2) qorxu, narahatlıq, kədər bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, of, ox, oy, eh, ay dad və s.; 3) çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey və s.; 4) nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Nidaların məna bölgüsü şərtidir və konkret situasiyadan asılıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHiss-həyəcan bildirən və xüsusi intonasiya ilə tələffüz olunan cümlə.
Nida cümlələri iki yolla yaranır: 1) yalnız intonasiya vasitəsilə: Qız nə qız!; 2) nidaların köməyi ilə: Bəh-bəh, necə də gözəldir! Nida cümlələri nəqli, sual və əmr cümlələrinin yüksək hiss-həyəcanla deyilməsindən də yaranır. Belə cümlələrin sonunda nida işarəsi qoyulur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti