İki və daha artıq sözün birləşməsindən əmələ gəlib yeni məna bildirən sözlər.
Mürəkkəb sözlər müxtəlif yollarla yaranır: 1) iki, bəzən də üç sözün birləşməsi ilə: yeraltı, əlüzyuyan, ucaboy və s.; 2) yaxınmənalı sözlərin birləşməsi ilə: ev-eşik, gül-çiçək və s.; 3) antonim sözlərin birləşməsi ilə: dərə-təpə, az-çox, gec-tez və s.; 4) eyni sözlərin təkrarı ilə: top-top, tez-tez və s.; 5) qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözlərinin iştirakı ilə: qeyri-adi, qeyri-iradi, əks-hücum, ober-leytenant, antifaşist və s. Ərəb-fars mənşəli izafət tərkibləri də mürəkkəb sözlərdir: tərzi-hərəkət, nöqteyi-nəzər, tərcümeyi-hal və s. Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə, ayrı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – dördlük
Orta әsrlәr Şәrq әdәbiyyatında lirik şeir şәkillәrindәn biri; çoxbəndli dördlük.
Qafiyə quruluşu qoşmada olduğu kimidir: a.a.a.a, b.b.b.a, c.c.c.a, ç.ç.ç.a və s. Əksər hallarda birinci bəndin son misrası sonrakı bəndlərin son misrası kimi işlənir; məsələn:
Hasilim bərgi-həvadisdən məlamət dağıdır, (a)
Məsnədim kuyi-məlamətdə fəna torpağıdır. (a)
Zar könlüm təndə zindani-bəla dustağıdır, (a)
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! (a)
***
Dövr cövründən tənü canimdə rahət qalmadı, (b)
Surəti-halimdə asari-fərağət qalmadı, (b)
Möhnətü-qəm çəkməyə minbəd taqət qalmadı, (b)
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! (a) (M.Füzuli)
Ədəbiyyatımızda başqa cür qafiyələnən dördlüklər də mövcuddur. Әsasәn, lirik sәciyyә daşıyan, zәrifliyi, musiqililiyi ilә seçilən mürәbbe әsrimizin әvvәllәrindә, xüsusәn M.Ə.Sabir yaradıcılığında ictimai mәzmun vә satirik ifadə tərzi ilə zәnginlәşib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şәrq vә Azәrbaycan poeziyasındakı şeir şәkillәrindən biri; yeddilik.
Müsəbbenin hәr bәndi 7 misradan ibarәtdir. Birinci bәndin bütün misraları öz aralarında qafiyәlәnir, qalan bәndlәrin ilk altı misrası öz aralarında, sonuncu misrası isә birinci bәndlә hәmqafiyә olur: a.a.a.a.a.a.a, b.b.b.b.b.b.a, c.c.c.c.c.c.a və s. Müsəbbe janrı ədəbiyyatımızda geniş yayılmayıb.
Ey dil, düşübsən eşqə əgər, bu, bəla deyil.
Eşq öylə bir mərəz ki, bəşərdən cüda deyil.
Yarın cəfası aşiqə gərçi cəfa deyil,
Amma vəfasızın da ədası əda deyil.
Gül xar ilə bahəmdisə, bu bir xəta deyil,
Fikr etsəm əgər ki, həqiqi aşina deyil,
Bu heç əhli-eşqə yaraşan müddəa deyil.
***
Aşiqliyin aləmdə nəyə nisbəti vardır?
Aşiq olanın məşuquna minnəti vardır.
Məşuq da sevərsə, əcaba, qiyməti vardır,
Tanrı yazısın yazmış əgər, qisməti vardır.
Əğyar, Sona, gəlsə də, nə hacəti vardır?
Aləm bilir ki, başqa cürə niyyəti vardır.
Amma bu da eşqə yaraşan müddəa deyil. (Sona Xəyal)
Klassik Şərq ədəbiyyatında qafiyəli nəsr; səcli nəsr.
Ərəb ədəbiyyatında geniş yayılmış bu nəsr formasından klassik ədəbiyyatımızda da geniş istifadə edilib. M.Füzulinin türkcə divanının və “Leyli və Məcnun” poemasının dibaçəsi, eləcə də “Şikayətnamə” əsəri müsəccə ilə yazılıb: Salam verdim – rüşvət degildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar. Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəmi sualıma cavab verdilər. Dedim: – Ya əyyühəl-əshab! Bu nə feli-xəta vü çini-əbrudur? Dedilər: – Müttəsil bizim adətimiz budur. Dedim: – Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam. Dedilər: – Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb namülayim sözlər eşidəsən. Müsəccədən XX əsrin II yarısından sonra Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu və Rəfiq Zəka istifadə etmişlər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq poeziyasında hər bəndi 8 misradan ibarət şeir şәkli.
Birinci bəndin bütün misraları öz aralarında, sonrakı bəndlərin ilk 7 misrası birinci bəndlə qafiyələnir, 8-ci misra şeirboyu nəqərat kimi səslənir: a.a.a.a.a.a.a.a, b.b.b.b.b.b.b.a, c.c.c.c.c.c.c.a və s. Seyid Әzim Şirvaninin “Xoş ol zaman ki, yar mәnә hәmzәban idi” misraları ilә başlayan mәşhur müsəddəsinə İsmayıl bәy Nakamın yazdığı nəzirə müsəmmən şəklindədir:
Ol dəmdə kim ədəmdə vücudim nihan idi,
Birəng idim, qərargəhim binişan idi,
Şənim şükuhi qibtəgehi-qüdsiyan idi,
Zülfi-nigar mürği-dilə aşiyan idi,
Baği-səfadə bülbüli-can nəğməxan idi,
Cananə can, dilbərə dil mehriban idi,
Vəslətdə idi canü-könül, şadiman idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi...
***
İrdi zamani-zilləti-hicran ehtiqar,
Tərkib olundu qeydimə bu ünsüri hisar,
Bu məhbəsi-küduratə naçar edib güzar,
Nakam gəldim aləmi-nasutə xarü-zar,
Getdi əlimdən axır o rifət, o etibar –
Kim, bulmuş idim ərseyi-lahutdə qərar,
Bir Adəm idim onda, məqamım cinan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Müsəmmən Azərbaycan poeziyasında azişlənən şeir formasıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan klassik şeirində misra və yarımmisraların növbələşdiyi lirik şeir şəkli.
Mövzu, vəzn baxımından qəzəl və qəsidəyə bənzəyən müstəzadda misraların sayı 20-50 arasında olur. M.P.Vaqif, S.Ə.Şirvani, Q.B.Zakir, S.Ə.Nəbati, M.Ə.Sabir və d. şairlərimiz müstəzad şeir şəklində yazıb-yaratmışlar. Klassik şeirimizdə müstəzadın müxtəlif formalarına rast gəlinir. Əksər müstəzadlarda hər misradan sonra həmin misra ilə həmqafiyə olan yarımmisra gəlir.
Şirvanә sәni eylәrәm, ey namә, rәvanә,
Dön abi-rəvanә.
Çәk şölә, tutub bәzmi-әhibbadә zәbanә,
Gәldikdә zәbanə.
Ol mәclisә kim, ruhül-әmin almasa rüxsәt,
Yox girmәyә cürәt.
Torpağә düşüb əczlә üz qoy o mәkanә,
Tap izni-bәhanә. (S.Ə.Şirvani)
Müstəzadın digər növündə yarımmisra(lar) hər bənddən sonra gəlir. Bu müstəzadlarda qafiyə quruluşu belədir: a.a.a.a.a.a, b.b.b.b.a.a, c.c.c.c.a.a və s.; məsələn:
Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq,
Artar bizə yüz mərtəbə odlarına yanmaq,
Mən aşiqəm, ey gül sənə, olmaz bunu danmaq,
Ölən günədək eyləməzəm səndən usanmaq,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Dişində, dəhanində, dodağında eyib yox…
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə, qabağında eyib yox,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq! (M.P.Vaqif)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin bəhrlərindən biri.
“Mütədarik” sözünün mənası “tədarük edən”, “hazırlıq görən” deməkdir. Bu bəhrdən Azərbaycan şeirində nisbətən az istifadə olunub. Mütədarik bəhrinin təfiləsi belədir: fAilün fəil fAilün fəil; məsələn:
Səndən əl çəkib kəsməm ülfəti,
Gərçi şər ilə var məzəmməti. (M.Ə.Ləli)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin bəhrlərindən biri.
“Mütəqarib” sözünün lüğəvi mənası “bir-birinə yaxın olan şeylər” deməkdir. Azərbaycan şeirində bu bəhrin müxtəlif növlərinə rast gəlmək mümkündür. Bəhrin əsas təfiləsi belədir: Fə’Ulün Fə’Ulün Fə’Ulün Fə’Ulün; məsələn:
Çəkil, yol ver, at bağrı çatlatmamışıq,
Vurub YIXMIŞIQ, tutmuşuq, atmamışıq,
Çapıb qovmuşuq, qan-tərə batmışıq,
Yığıb milləti bir yerə qatmışıq. (M.Ə.Sabir)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin bəhrlərindən biri.
“Müzare” oxşarlıq, bənzərlik mənalarını verir. Bu bəhrin 3 növü işlədilir. Əsas təfiləsi belədir: məf’Ulü fA’ilAtü məfA’İlün fA’ilün; məsələn:
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə. (M.Füzuli)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq әdәbiyyatında epik növün geniş yayılmış janrı.
Nağılda xeyirlə şərin, haqla nahaqın mübarizəsi əks olunur. Nağıllar mövzu və bədii şərtiliyin dərəcəsi baxımından məişət nağıllarına və sehrli nağıllara bölünür. Bəzən bu təsnifata tarixi nağıllar da əlavə edilir. Lakin tarixi şəxsiyyətlərin (Şah Abbas, İsgəndər Zülqərneyn və b.) əsas qəhrəman kimi çıxış etdiyi bu nağıllarda bədii şərtilik tarixiliyi xeyli üstələyir. Nağıllar, bir qayda olaraq, pişrov adlanan və nəzm şəklində olan kiçik müqəddimə ilə başlanır. Pişrov nağılın süjeti ilə səsləşmir, dinləyicinin diqqətini cəlb etmək məqsədilə deyilir. Nağılın giriş və sonluq (nağılsonu) hissələrində bu janr üçün xarakterik olan bir sıra standart ifadələr işlədilir: “Biri varmış, biri yoxmuş...” (başlanğıcda), “Göydən üç alma düşdü...” (sonda) və s. Əsas hissədə də təhkiyənin axıcılığını, hadisələr arasında əlaqəni təmin etmək üçün müəyyən standart ifadələr və üslubi fiqurlardan istifadə olunur: “Nağıl dili yüyrək olar”, “Az getdi, üz getdi, dərə, təpə, düz getdi”, “Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi”, “Orda ayla, illə, burda müxtəsər dillə”, “Bu qalsın burda, sənə kimdən deyim...” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMәclislәrdә nağıl söylәyәn şəxs.
Nağılçılar improvizasiya qabiliyyәtinә malik şәxslər olurdu. Nağılçılıq müәyyәn mәnada ifaçılıq sәnәti olsa da, bu sənətin daşıyıcıları nağıllarımızın təkmilləşməsində və bu günə gəlib çatmasında böyük rol oynayıblar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti