Dinləmə vasitəsilə qavrayış üçün nəzərdə tutulan səsli nitq.
Şifahi nitq dedikdə dörd nitq bacarığından ikisi – dinləmə və danışma nəzərdə tutulur. Bu nitqin əsas xüsusiyyətləri bunlardır: 1) qısa və sadə cümlələr əsas yer tutur; 2) intonasiya, fasilə, vurğu və s. vasitələrdən istifadə olunur; 3) tələb olunan məqamlarda mimika və jestlərə yol verilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQәzəl və ya qәsidәnin әn dolğun, mənalı, poetik cәhətdәn mükәmmәl beyti.
Ustad sənәtkarların, mәsәlәn, M.Füzulinin yaradıcılığında az qala hәr beyt Ş.B. etalonuna uyğun gәlir. Bәzәn Ş.B.-lər qәzәlin, yaxud qәsidәnin ümumi kontekstindən ayrılaraq müstәqil şeir nümunәlәri kimi bayaz vә cünglәrә daxil edilir. İ.Nəsiminin “Yanaram” qəzəlinin Ş.B.-i:
Çıxdı içimdən tütün, çərxi boyadı bütün,
Gör ki nə atəşdəyəm, gör nə qədər yanaram.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFars ədəbiyyatına məxsus əfsanəlәrdәn, hekayətlәrdәn vә tarixi salnaməlәrdәn ibarәt bədii külliyyat.
Bu külliyyat həm nəzmlə, həm də nəsrlə olur. Tarixi Sasanilər imperiyası dövrünə qədər gedib çıxır. Sasanilər dövründə “Xvatay-namak” adlanırdı. İslam dininin yayıldığı dövrlərdə isə “Xudanamə” adı ilə yayılıb. “Xuda” sözü Allah mənasında olduğu üçün sonradan “Şahnamə” adı alıb. Bu külliyyatlar haqqında əl-Mәsudi, İbn Hoyqәl, İstәxri kimi әrәb tarixçi vә coğrafiyaçıları mәlumat verib. Ş.-nin yazılı ədəbiyyatda ən məşhur nümunəsi Ə.Firdovsinin “Şahnamə” poemasıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiGürcü әdәbiyyatına məxsus şeir şəkli.
Qәdim gürcü әdәbiyyatında bu termin şeir, poeziya mənalarını daşıyıb. Gürcü şairlәri XIX әsrәdәk, әsasәn, 16 hecalı Ş.-lәr yazıblar. Әn klassik nümunәsi Şota Rustavelinin “Pәləng dərisi geymiş pәhləvan” poemasıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKarikaturanın növlərindən biri: komik üslubda çəkilmiş portret.
Ş.-ın əsas xüsusiyyəti insanın zahiri görünüşündəki ən yaddaqalan, nəzərəçarpan cizgilərin ifrat dərəcədə qabarıq göstərilməsi və bununla da komik effektin yaradılmasıdır. Bu termin incəsənətdən ədəbiyyata da keçib və komik bədii portret, zarafat, məzə xarakterli şeir mənasında işlənir. H.Arif, R.Zəka və B.Vahabzadənin müasirləri haqqında yazdığı yumoristik şeirlər ədəbiyyatda Ş. nümunələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəzəmmәt, lağ, yüngül istehza xarakterli şeir parçaları.
Folklorda vә aşıq poeziyasında xüsusilә geniş yayılıb. Ş.-dә hәr hansı şәxsin xarakterindәki, davranışındakı bu vә ya digәr naqis cәhәti gülüş obyektinə çevrilir. Aşıq Әlәsgәrin “Ala gözlü, nazlı dilbər” misraları ilə başlayan gəraylısı Ş.-yə misal ola bilər:
O vədə ki gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?!
***
Әlәsgәrlә çәkmә dava,
Ariflәr baxsın hesaba,
Cehizindi qırıq tava,
Malından xәbərin varmı?
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDini-tarixi mәzmunda meydan tamaşası: Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim.
Ş.-də dini şəxsiyyətlərin faciəvi ölüm səhnəsi nümayiş etdirilir. Bu tamaşalar islam dinində şiəlik təriqəti ilə bağlıdır; əsasən, Məhərrəm ayında aşura günü səhnələşdirilir. Peyğəmbərin, on iki imamın və onların övladlarının dini mübarizədə yaşadıqları acınacaqlı həyatı və ölüm səhnələri Ş.-lərin əsas mövzusudur. Bu mövzu Ş. tamaşalarının adlarında da özünü göstərir: “Әlinin qәtli”, “İmam Hüseynin qәtli”, “Hәzrәt Abbasın şәhid olması”, “Qasım otağı”, “Kәrbәla müsibәti”, “Müslümün Kufәdә qәtli”, “Müslümün oğlanlarının qәtli” və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞəbih tamaşalarının iştirakçıları olan qeyri-peşəkar aktyorlar.
Ş.-lar xüsusi hazırlıq keçmәsәlәr dә, müәyyәn aktyorluq ünsürlәrinə malik olublar. Sәsin təsirliliyinә, roldan asılı olaraq zahiri görkәmә vә boy-buxuna xüsusi diqqәt yetirilib. Ş.-lar həm də dini inancı yüksək olan insanlar arasından seçilib. Sözsüz ki, mәnfi personajların – Yezid, Şümür vә başqalarının rollarını oynamaq istәyən Ş. tapmaq çətin olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti