Kompüterin əməliyyat sistemində kritik səhvə yol verildikdə monitorun göy rəngli ekranına çıxarılan xəbərdarlıq.
Bu, faktik olaraq sistemin «ölüm xəbərdarlığı»dır. G.Ö.E. termini ingilis dilində Blue Screen of Death ifadəsinin dilimizə tərcüməsi nəticəsində yaranıb. Belə hallara Microsoft Windows əməliyyat sistemlərində rast gəlinir. Onlar həm proqram səhvindən, həm kompüterin özündə, məsələn, daxili yaddaş strukturunda nasazlıqdan, həm də virusların təsirindən əmələ gələ bilər.
Jurnalistika terminləri lüğətiHökumətin, sosial xidmətlərin, iqtisadi qurumların qanunsuzluqlara yol verməməsinə, səhv qərarlar çıxarmamasına nəzarət edən və belə hallar barədə cəmiyyəti xəbərdar edən təsisatlar, habelə onların əməkdaşlarına verilən ad.
G.İ. dedikdə Qərbdə, əsasən, cəmiyyətin maraqlarını qoruyan media və jurnalist nəzərdə tutulur. Terminin mahiyyəti ondan ibarətdir ki, jurnalistlər ictimai maraqların keşiyində dayanmalı, bu maraqlara təhlükə yarandıqda cəmiyyəti duyuq salmalı, toplumu gözlənilən ciddi təhlükələrdən xəbərdar etməlidirlər. Media həmin vəzifəni rəsmi şəxslərin bəyanatlarının həqiqətəuyğunluğunu yoxlamaqla, mühüm problemlərə dair analitik yazılar hazırlamaqla, jurnalist təhqiqatı həyata keçirməklə və s. üsullarla yerinə yetirir.
Jurnalistika terminləri lüğəti1. Ədəbiyyatda və jurnalistikada hadisələrin başvermə tarixinə, xronikasına uyğun olaraq kiçikhəcmli hissələrə bölünmüş əsər və materialların janrı.
G.-də qəhrəmanın həyatından səhnələr, onun hisləri və fikirləri təsvir edilir.
2. Hər hansı tədbirdə, toplantıda müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlərin, planlaşdırılmış çıxışların siyahısı.
3. Müəyyən fəaliyyət sahəsində gün ərzində baş vermiş hadisələr barədə auditoriyanı məlumatlandıran nəşr, veriliş, yaxud rubrika; məs.: gündəlik qəzet, «parlament gündəliyi», «idman gündəliyi».
4. İnsanın daimi müşahidələrini, hər hansı prosesin gedişini, yaxud şəxsi həyatında baş verənləri ardıcıl olaraq qeydə aldığı sənəd.
5. Kompüterdə görüləcək işlərin günlər üzrə bölgüsünü aparmağa imkan verən xüsusi proqram.
6. Kütləvi informasiya vasitəsinin diqqət mərkəzində saxladığı fakt, mövzu; məs.: medianın gündəliyində olan problem.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiReklamı, hər hansı digər materialı yaymaq üçün kütləvi informasiya vasitəsinin sifarişçidən təyin olunmuş ümumi qiymətlərə nisbətən aşağı haqq alması.
G.Ö. müəyyən şərtlər daxilində (davamlı əməkdaşlıq, qarşılıqlı xidmət və s.), yaxud sifarişçinin fəaliyyətini stimullaşdırmaq üçün tətbiq olunur; məsələn, sosial elanlara böyük güzəşt tətbiq etməklə əhalinin geniş məlumatlandırılmasına şərait yaradılır; yerli malların reklamına görə xarici malların reklamından iki dəfə aşağı qiymət təyin etməklə daxildə kiçik biznesin inkişafına yardım göstərilir və s.
Jurnalistika terminləri lüğətiMətnin, şəklin maddi daşıyıcı üzərində güzgüdə olduğu kimi çevrilmiş formada çap üsulu.
Tarixən poliqrafiyada, demək olar, bütün çap texnologiyalarında bu üsuldan istifadə edilib. Ona görə də çap qəlibləri mətnin, şəklin güzgüdə əksi qaydasında hazırlanıb. XX əsrdə ofset ixtira edildikdən sonra birbaşa çap üsulu daha geniş yayılıb.
Jurnalistika terminləri lüğətiMüəyyən əhəmiyyət kəsb edən əhvalat, olay.
Mediada H. dedikdə ictimai maraq doğuran, cəmiyyətin və insanların həyatına təsir edən, buna görə işıqlandırılması vacib sayılan hər hansı hal, keyfiyyət dəyişikliyi nəzərdə tutulur. Hüquqi baxımdan H.-nin iki növü fərqləndirilir: baş verməsi, sonrakı inkişafı və nəticələri insanın iradəsindən asılı olmayan mütləq fors-major H.-lər; baş verməsi deyil, sonrakı inkişafı və nəticələri insanın iradəsindən asılı olan nisbi H.-lər.
Jurnalistika terminləri lüğəti