Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

işıq dizaynı

İşıqlandırmanın estetik qav­rayış xüsusiyyətləri, funksionallıq, istifa­dəyə yararlılıq və səmərəlilik baxımından mühüm keyfiyyətləri nəzərə alınmaqla plan­laşdırılması və layihələndirilməsi; dizaynın bir növü.

İ.D. televiziya stu­diya­larının, pavilyonların və s.-nin vizual gö­rü­­nüşünə, çəkiliş keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

işıq filtri

İşıq selinin, yaxud spektrin bir hissəsinin qarşısını kəsmək, onu ayıraraq intensivliyini dəyişmək üçün istifadə ­olunan optik qurğu.

Belə filtrlər işıq effektləri yaratmaq, parlaqlığı azaldıb-artırmaq, işığı balanslaşdırmaq və s. məqsədlərlə tətbiq edilir. İ.F. işıq selinin istiqamətinə və düşmə bucağına təsir göstərmir, obyektivə və ya birbaşa kame­raya quraşdırılır. Elektron avadanlıqların çoxunda filtr rolunu xüsusi proqramlar yerinə yetirir.

Jurnalistika terminləri lüğəti

gizli kamera

lat. camera – otaq

1. Şəxsin, hadisənin təsvirlərini çəkmək üçün hə­min şəxsin və ya hadisə iştirakçılarının xəbəri ­olmadan istifadə edilən kamera.

Kamera çə­ki­liş obyektinin görmədiyi yer­də qoyul­duğu, yaxud başqa əşyaların içəri­sində, üzə­rində quraşdırıldığı üçün «gizli» adlanır. Yüksəkkeyfiyyətli ultraminiatür G.K. hətta ən adi məişət əşyalarında – qə­ləmdə, ey­nəkdə, saatda quraşdırıla bilər. 

2. Sənədli filmlərin, verilişlərin, süjet və­­ fotoşəkillərin təsviri alınan şəxslərin ­­və ya hadisə iştirakçılarının özlərindən xə­bərsiz çəkiliş üsulu.

G.K. üsulu jurnalist təhqiqatların­da ictimai əhəmiyyətli ­in­­for­masiya əldə etməyin başqa yolu qal­­madıqda, ya­xud tə­biiliyə nail olmaq məq­sədilə çəkiliş ob­yektinə hiss et­dirilmədən tətbiq olunur. Televiziyada realiti-şou proqramlarında da iştirakçıları qeyri-adi vəziy­yətlərdə yaxalamaq üçün G.K. üsulundan spesifik formada istifadə olunur: işti­rak­çılar həyatlarının bir çox mə­qam­la­rının lentə alındığını bilirlər, amma bu­nun nə zaman, hansı şəraitdə baş ver­diyindən xəbər tutmurlar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

gizli reklam

lat. reclamare – təsdiq etmək, qışqırmaq

Kütləvi informasiya vasitə­lərində, filmlərdə, digər materiallarda is­teh­lakçının şüuruna təsir göstərməklə onun diqqətini reklam obyektinə yönəl­dən, lakin reklam qismində təqdim edil­mə­dən və müvafiq qeydi olmadan ya­­yım­lanan məlumat.

Bir çox hallarda G.R. oxucunun (ta­maşaçının, dinləyicinin) şüuruna özünün dərk etmədiyi üsullarla təsir göstərir. Azər­baycan qanunvericiliyində G.R. qadağandır. G.R. nəticəsində isteh­lakçıya dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyəti subyekti tərəfindən ödən­məlidir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

GSM [ci-es-em] abreviatura

ing. Global System for Mobile Communications

«Mobil kommunikasiyalar üçün qlobal sistem» terminindən törəmiş abreviatur; rəqəmsal kommunikasiya sistemi, qlobal mobil rabitə texnologiyası və standartı.

Bu texnologiya 1980-ci illərin sonlarında yaradılıb, 1991-ci ildə Avropada ilk GSM şəbəkəsi fəaliyyətə başlayıb. GSM Assosiasiyasının məlu­ma­tına görə, 2014-cü ilin sonunda o, dünya mobil rabitə baza­rının 82%-ni əhatə edib, iki milyarddan ar­tıq insan tərəfindən daimi istifadə olunub. GSM texnologiyası informasiyanın, səsin, qısa xəbərlərin (SMS), faksimilelərin ötü­rülməsi, çağıran nöm­rənin müəyyən­ləş­di­rilməsi, gizlədilməsi, zəngin başqa ünvana yönləndirilməsi, gözləmə rejiminə keçi­ril­məsi, rouminqə, beynəlxalq danışıqlara qa­dağa qoyulması və bu kimi çoxsaylı mobil rabitə xidmət­lərinin göstərilməsini təmin edir.

Jurnalistika terminləri lüğəti