1. Şəxsin qabaqcadan xəbəri və razılığı olmadan onun video və fotoçəkilişinin aparılması.
2. Bu üsulla əldə edilmiş təsvirin qeydə alındığı lent, digər maddi daşıyıcı.
G.Ç.-dən jurnalistikada ilk dəfə 1920-ci ildə New York Daily News qəzetinin fotoqrafı istifadə edib: o, ayağına bərkidilmiş kamera ilə edam mərasiminin şəkillərini çəkib. Həmin fotoların dərci sensasiyaya səbəb olub. Bunun ardınca oxucu diqqətini cəlb etmək və tiraj toplamaq üçün digər media qurumları da G.Ç.-dən istifadə etməyə başlayıb. Jurnalistlər G.Ç.-i hər hansı zəruri məlumatı şəxsin xəbəri və razılığı ilə əldə edə bilmədikdə və əlavə sübut toplamaq ehtiyacı yarandıqda həyata keçirirlər. Burada söhbət sənədləşdirilməsi, yaxud birbaşa əldə edilməsi mümkün olmayan, yüksək ictimai maraq kəsb edən və cəmiyyətə ciddi zərər vura bilən cinayət hadisələri, qanunsuzluqlar haqqında informasiyadan gedir. Lakin G.Ç.-dən istifadə etməyə və ya onu yaymağa yalnız iki halda yol verilir: şəxsin özündən bu barədə yazılı razılıq alınmışsa, habelə kənar şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşsə; G.Ç. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. intervallum – arakəsmə, məsafə
1. Hadisələr arasında zaman və ya məkan fərqi, müddət, məsafə.
2. Qonşu sətirlərin baza hissələri (hərflərin düzüldüyü xətlər) arasında məsafə.
«Sətirarası İ.» termini, adətən, kompüterdə yığılmış mətnlərə aid olunur. Mətbəə yığımında isə onun sinonimi olan «interlinyaj» terminindən istifadə edilir.
Jurnalistika terminləri lüğətiing. interviewer – müsahibə aparan
1. Müsahibə götürən, məlumat toplamaq üçün həmsöhbətinə suallar verən mütəxəssis, jurnalist.
2. Radio və televiziyada geniş müsahibələrdən ibarət verilişlərin aparıcısı, bu sahədə ixtisaslaşmış peşəkar jurnalist.
Belə verilişlər aktual mövzulara, yaxud auditoriyanın maraq dairəsində olan şəxslərə həsr edilir. İnformasiyanın toplanması prosesində tez-tez qısa müsahibələr götürən digər həmkarlarından, məsələn, reportyorlardan fərqli olaraq İ. hər müsahiblə görüşə xüsusi hazırlıq görür, söhbət zamanı psixoloji məqamlara diqqət yetirməyi, mövzunun dərinliklərinə nüfuz etməyi bacarır. İ.-in professionallığı, erudisiyası və aparıcılıq qabiliyyəti portret-müsahibələrdə daha qabarıq üzə çıxır.
Jurnalistika terminləri lüğətilat. intonare – ucadan tələffüz etmək
1. Danışıq zamanı səsin tonu, yüksəlib-alçalması, tempi ilə xarakterizə edilən keyfiyyəti.
2. Danışanın toxunduğu mövzu ilə əlaqədar hislərini əks etdirən tələffüz tərzi; bir şeyə yanaşma tərzinin, münasibətin səslə ifadəsi.
Jurnalistika terminləri lüğətilat. inversio – çevrilmə, yerdəyişmə
1. Xüsusi diqqət cəlb etmək üçün mətnin qara, yaxud rəngli fonda ağ hərflərlə verilməsi, habelə bu üsulla fərqləndirilən mətn.
2. Hər hansı sözün məna yükünü artırmaq üçün onun cümlədə yerinin dəyişdirilməsi, ifadədə önə çıxarılması.
Jurnalistika terminləri lüğəti