Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

firma nişanı

Fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərən hər hansı müəssisənin, o cümlədən media qurumunun fərqlən­dirmə nişanı; özəl ticarət markası.

F.N. hər hansı nəşriyyatın, naşirin istehsal ­etdiyi bütün məhsulların üzərində əks ­olunur və onun başqalarından fərqlən­dirilməsinə xid­mət edir; məsələn, Wiki­pedia®Wikimedia Foundation Inc təş­­kilatının, sonuncu hərfi paralellərə və meridianlara bölün­müş «O» hərfi olan METRO – dünyanın bir çox ölkələrində mil­yonlarla tiraja malik pulsuz qəzetlər nəşr edən Metro International media-holdinqinin F.N.-dır.

Jurnalistika terminləri lüğəti

icma mediası

İcmaların təsis etdiyi, ­ha­­belə hədəf auditoriyası icmalar olan kütləvi informasiya vasitələri.

Azər­bay­canlıların xaricdə yaratdıqları qəzetlər, radiostu­diya­lar, Azərbaycanda milli azlıqlar üçün bu­raxılan dövri nəşrlər İ.M.-na misal ola bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

icma yayımı

İcmaların maraqlarına xid­mət edən, onların həyatını işıqlandıran qeyri-kommersiya xarakterli müstəqil ­te­leradio təşkilatlarının fəaliyyət sahəsi, ha­belə verilişlərinin məcmusu.

İ.Y. Avro­pa­da, Şimali Amerikada, Avstraliyada, bir sıra Asiya ölkələrində geniş yayılıb. Tək­cə 1983-cü ildə yaradılmış İcma Radio Ya­yımçılarının Ümumdünya Assosiasiyasının 3000-dən çox təsisçisi var.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

fişinq

ing. fishing – balıq tutmaq

İstifa­də­çinin «informasiya qarmağı»na keçiri­lə­rək aldadılması.

F.-in məqsədi isti­fadəçi haqqında konfidensial məlumat əldə et­məkdir. Bunun üçün ona maraqlandığı mövzuda informasiya göndərilir (məsələn, bankın adından, sosial şəbəkələrdən), ca­vab reaksiyası olduqda isə istifadəçinin parolu, loqini ələ keçirilir, sonradan bu ünvandan yalan xəbərlər yayılır və s.

Jurnalistika terminləri lüğəti