Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan və təkrar xammaldan istifadə sahəsində qayda və standartları müəyyənləşdirmək, nəzarət həyata keçirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətinə malik dövlət, yerli özünüidarəetmə orqanları, onların sahə strukturları.
Jurnalistika terminləri lüğətiBaşlıca funksiyası auditoriyanı əyləndirmək olan kütləvi informasiya vasitələri.
Ə.M.-ya, əsasən, krossvordlar, komikslər, lətifələr dərc edən nəşrlər, yalnız musiqili verilişlər, bədii filmlər, ovçular, turistlər, ekstremallar üçün proqramlar yayımlayan ixtisaslaşmış televiziya və radio kanalları aiddir. Bəzən əsas vəzifəsinin əhalini məlumatlandırmaq və maarifləndirmək olduğunu bəyan edən teleradiokanallar da auditoriyasını genişləndirmək, reklam cəlb etmək üçün daha çox əyləncəli proqramlara yer verir, faktik olaraq Ə.M.-dan fərqlənmir.
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrinin rekreativ (bərpaedici) funksiyası, medianın əsas ictimai funksiyalarından biri.
Ə. yalnız auditoriyanın asudə vaxtını doldurmağa yönəldilmiş fəaliyyət deyil, o həm də sosial gərginliyin azaldılması, istirahətin səmərəliliyinin artırılması kimi vəzifələr yerinə yetirir. Ə. elementləri bir çox maarifçilik proqramlarında da öz əksini tapır. Ə. funksiyası çap KİV-ə nisbətən elektron medianın fəaliyyətində daha geniş yer tutur.
See also:
Jurnalistika terminləri lüğətilat. fabula – hekayət, təmsil
Müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığı.
Bəzən F. və «süjet» anlayışları eyniləşdirilir. Əgər müəllif hadisələri baş verdiyi xronoloji ardıcıllıqla qələmə alırsa, əsərin F.-sı və süjeti üst-üstə düşür. Lakin bir sıra hallarda oxucuda maraq oyatmaq, onu gərginlikdə saxlamaq məqsədilə bu ardıcıllıq dəyişdirilir, məsələn, sonda baş vermiş əhvalat əsərin əvvəlində təsvir edilir. F. hadisələrin məhz müəllif tərəfindən qələmə alınmış ardıcıllığını nəzərdə tutur. Nəqletmə subyekti (əsərin müəllif və ya hadisələrin şahidi tərəfindən nəql olunmasi), nəqletmə forması (gündəlik, məktub, salnamə və s.) anlayışları da F.-ya aiddir.
Jurnalistika terminləri lüğətiing. fax < lat. fac simile – oxşarını yaratmaq
1. Yazılı məlumatı və təsviri rəqəmli siqnalların köməyi ilə alan və göndərən elektron rabitə cihazı.
Faks apa-ratı telefon xəttinə qoşulur, əksər hallarda həm də telefon funksiyasını yerinə yetirir.
2. Elektron rabitə cihazı ilə göndərilən və alınan yazılı məlumat, təsvir.
Jurnalistika terminləri lüğətilat. factum – baş vermiş
1. Həqiqətən olmuş hadisə.
2. Bir qənaətin, fərziyyənin doğruluğunu təsdiq etmək üçün gətirilən dəlil.
3. Jurnalistikada: göz qabağında olan gerçəkliyin fraqmenti.
F. jurnalistikada məhz bu cür anlaşıldığına görə (hər hansı hadisənin gerçəklikdə baş verib-verməməsindən asılı olmayaraq) kiminsə onun haqqında rəy, mülahizə bildirməsi halı da F. adlandırılır. F.-a əsaslanmaq jurnalistlərin peşə etikası kodeksinin əsas tələblərindən biridir. Lakin terminin kifayət qədər geniş izahı bəzən pofessional problemlərin yaranmasına səbəb olur. Bunu nəzərdə tutaraq F. sözünün izahına Oksford lüğətlərində belə bir cümlə daxil edilib: «Hətta ən qabaqcıl jurnalistika da faktlarsız zəifləyərək mövqeyini tamamilə itirə bilər: bu o deməkdir ki, ortada gerçək fakt yoxdur».
Jurnalistika terminləri lüğətilat. factum – baş vermiş
1. Xəbərlərdə konkret faktla bu fakta aid qiymətləndirici mülahizələrin oxucu (tamaşaçı, dinləyici) tərəfindən asanlıqla fərqləndirilə biləcəyi tərzdə verilməsini tələb edən peşə prinsipi.
Prinsip auditoriyaya fakt barədə öz fikrini müstəqil surətdə formalaşdırmağa imkan vermək, medianın ictimai rəylə manipulyasiya cəhdlərinin qarşısını almaq məqsədi güdür. F.R.F. jurnalistikada etik kodekslərin mühüm tələblərindən biridir. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında bu prinsip aşağıdakı formada əksini tapıb: «Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın». Auditoriyanın etimadını yüksək qiymətləndirən KİV-in əksəriyyətində xəbərlərdə rəy bildirilməsinə, ümumiyyətlə, qadağa qoyulur, xəbər mətnlərinin linqvistik xüsusiyyətlərinə diqqət yetirilir, rəy bildirən materiallar isə qəzet köşəsində, analitik məqalələrdə, TV və radioda – xüsusi rubrika altında, yaxud ayrıca proqramlarda verilir.
2. Diffamasiyaya aid məhkəmə işlərində iddiaya səbəb olmuş materiallar araşdırılarkən faktlarla qiymətləndirici mülahizələr arasında ciddi fərq qoyulmasını tələb edən qayda.
Bu qayda ilk dəfə «Lingens Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarda (1986) formalaşdırılıb. Məhkəmə «fakt» və «qiymətləndirici mülahizə» anlayışları arasında ciddi sədd çəkib, müəyyənləşdirib ki, «faktın gerçəkliyini sübuta yetirmək olar, rəyin həqiqiliyini isə heç də həmişə sübut etmək olmur». Cavabdehdən qiymətləndirici mülahizəsinin gerçəkliyə uyğunluğunu sübuta yetirməyi tələb etmək yolverilməzdir və Avropa konvensiyasının 10-cu maddəsinin zəmanət verdiyi ifadə azadlığının pozulması deməkdir.
Jurnalistika terminləri lüğətilat. factum – baş vermiş + yun. grapho – yazıram
1. Bir sahəyə, mövzuya, hadisəyə dair faktların izahsız, təhlilsiz, şərhsiz toplusu.
2. Faktların, hadisələrin heç bir izah, təhlil və şərh olmadan, ümumiləşdirilmədən təsvir edilməsi.
Bu termin əksər hallarda mənfi mənada, hər hansı materialın bəsit və yaradıcılıqdan kənar olduğunu göstərmək üçün işlədilir.
Jurnalistika terminləri lüğətiyun. phantasia – xəyal
1. Xəyalən bir şey uydurma, təsəvvür etmə, yeni obrazlar yaratma bacarığı.
F. məlum faktlara və hadisələrə fərqli baxış bucağı tapmağa kömək edir və bədii yaradıcılıqda böyük əhəmiyyətə malikdir. Lakin dəqiqlik, obyektivlik tələb edən yaradıcılıq sahələrində, o cümlədən jurnalistikada bir çox hallarda F. mənfi tonallıqda işlədilir; «F.-ya güc vermək» deyəndə müəllifin gerçək fakta deyil, həqiqət olmayana üstünlük verdiyi, iştirakçısı olmadığı hadisə haqqında uydurma yazdığı nəzərdə tutulur.
2. Təxəyyülün məhsulu.
F.-da gerçəkliyin elementləri güclü şəkildə təhrif olunmuş, yaxud dəyişdirilmiş formada təqdim edilir.
Jurnalistika terminləri lüğətiing. file – səhifə, qovluq
1. Müəyyən proqram təminatı vasitəsilə yaradılan, kompüterin yaddaşında və ya elektron daşıyıcılarda saxlanılan informasiya vahidi.
F.-dakı məlumat mətn, şəkil, audio və ya video xarakterli ola bilər. F., adətən, məzmununa uyğun gələn müəyyən adla qeyd olunur və tez tapılmaq üçün müvafiq qovluqda yerləşdirilir.
2. Ayrı-ayrı vərəqləri yığıb saxlamaq, daşımaq üçün şəffaf qovluq.
Jurnalistika terminləri lüğəti