lat. producere – istehsal etmək, yaratmaq
Xəbər proqramlarının hazırlanmasına rəhbərlik edən və xəbər verilişlərinə tam həcmdə cavabdehlik daşıyan şəxs.
O, süjetlərin düzümünə, mətnə, videotəsvirə, fotomateriallara, xronometraja nəzarət edir, süjetlərin hansı formada veriləcəyini müəyyənləşdirir. X.P. gündəlik xəbər buraxılışlarının ümumi planının tutulması, qrafikadan istifadə, süjetlərin ssenari planının təqdimatı və bu kimi məsələlərlə məşğul olur.
Jurnalistika terminləri lüğəti1. Bir çox ölkələrdə televiziya verilişinin və ya filmin hansı yaş kateqoriyasına aid tamaşaçılar üçün olduğunu bildirən və ekranın küncündə yerləşdirilən xüsusi işarə.
2. Televiziya və kompüter ekranına çıxarılmış, qəzet və jurnal səhifəsində verilmiş materialın reklam, təbliğat xarakteri daşıdığını, yaxud digər sifarişli əsaslarla yayıldığını bildirən xüsusi işarə.
Jurnalistika terminləri lüğətiİnternetdən öncə yaranmış kütləvi kommunikasiya vasitələri – mətbuat, televiziya, radio.
Dünyada onlara «köhnə media» (old media – Collins lüğətləri), «miras media» (legacy media – Urban lüğəti), «əsas media» (mainstream media – Oksford lüğətləri) da deyilir.
See also:
Jurnalistika terminləri lüğətiXəbərdə haqqında məlumat verilən mühüm ictimai-siyasi hadisələrin, faktların ətraflı araşdırılmasına və müzakirəsinə həsr olunmuş məqalə, veriliş.
Televiziya və radioda X.M., bir qayda olaraq, əsas xəbər proqramından sonra efirə çıxır, müzakirəyə hadisə iştirakçıları və ekspertlər də cəlb edilirlər.
See also:
Jurnalistika terminləri lüğətifr. montage – toplama, birləşdirmə
Kadrların (təsvirlərin) yalnız bir xətt boyunca və yalnız ardıcıl düzülməsini şərtləndirən analoq montaj üsulu.
X.M. zamanı montaj olunmuş materiala kadr əlavə etmək, yaxud oradan kadr çıxarmaq üçün təsvir qismən (bəzən bütünlüklə) yenidən işlənməlidir. Qeyri-xətti montajda belə çox vaxt aparan əməliyyata ehtiyac qalmır.
Jurnalistika terminləri lüğətiMedia təşkilatının, onun ayrı-ayrı strukturlarının iş rejimini, funksiyalarını, öhdəlik və vəzifələrini, yaradıcı fəaliyyətinin sərhədlərini müəyyən edən sənəd, qaydalar toplusu.
Nizamnamədən fərqli olaraq media təşkilatında bir neçə (məsələn, şöbələr üzrə) Ə. ola bilər və onların qüvvəyə minməsi üçün dövlət orqanından qeydiyyatdan keçirilməsi tələb olunmur.
Jurnalistika terminləri lüğətiMedia məhsulunun istehsalı, media layihəsinin həyata keçirilməsi üçün lazımi maliyyə vəsaitinin və (və ya) digər maddi vəsaitin əksər hissəsini könüllü olaraq ayıran şəxs, müəssisə, təşkilat.
Layihənin Ə.S.-unun (baş sponsor) olması onun daha kiçik həcmlərdə digər sponsorlar tərəfindən dəstəklənməsini istisna etmir. Ə.S.-la bağlanmış müqavilədə onun layihəyə ayırdığı vəsaitin həcmi (adətən, bu həcm büdcənin 75%-dən az olmur), digər sponsorla müqayisədə üstün hüquqları (məhsulun üzərində loqotip və ticarət markasını yerləşdirmək, tədbirin açılışında və bağlanışında çıxış etmək və s.) öz əksini tapır. Bəzi hallarda hazır məhsula müəlliflik hüquqları müəyyən dərəcədə Ə.S.-a da şamil edilə bilər.
Jurnalistika terminləri lüğətiƏldə olunmasına məhdudiyyət qoyulmaqla yalnız xidməti istifadə üçün nəzərdə tutulmuş məlumat.
İnformasiyanı «xidməti istifadə» kateqoriyasına aid etmək hüququ onun sahibinə məxsusdur. Lakin bu, qanuni əsaslarla (cinayət işi üzrə toplanmış, vaxtından əvvəl açıqlanması dövlət işlərinə və məhkəmə icraatına mane olan, ətraf mühitə ziyan vuran informasiyalar və s.) və məhz qanunda göstərilən müddət çərçivəsində həyata keçirilə bilər. Bəzi fərdi məlumatların da (məsələn, şəxsin məhkumluğu, sağlamlıq vəziyyəti barədə, övladlığagötürmə haqqında və s.) X.İ.Ü.İ. kateqoriyasına daxil edilməsinə yol verilir. Eyni zamanda informasiya yalnız o halda xidməti istifadə üçün nəzərdə tutula bilər ki, onun yayılmasından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin. X.İ.Ü.İ.-ların əldə olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti doğuran səbəblər aradan qalxdıqda, lakin 5 ildən gec olmayaraq ləğv edilməlidir. Fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət isə həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək, yaxud şəxsin vəfatından sonra 30 il müddətinədək qüvvədədir.
Jurnalistika terminləri lüğətiƏldə olunması və yayılmasına heç bir halda məhdudiyyət qoyula bilməyən məlumatlar.
Bunlar elə məlumatlardır ki, onlara olan ictimai maraq həmin informasiyaların yayılmasından dəyə biləcək ziyanı üstələyir. Qanuna görə, X.İ.Ü.N.T.B.İ.-ya ictimai rəy sorğusunun nəticələri, ümumiləşdirilmiş statistik göstəricilər, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisə, təbii fəlakət, qəzalar, cinayətkarlığın vəziyyəti, vətəndaşlara, vəzifəli şəxslərə və hüquqi şəxslərə verilən imtiyazlar, ali vəzifəli şəxslərin sağlıq durumu, dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları, büdcə vəsaitlərindən istifadə və s. barədə məlumatlar daxildir.
See also:
Jurnalistika terminləri lüğətiİnsanın əqli əməyinin, yaradıcılığının məhsulu, obyektiv formada mövcud olan nəticəsi.
Ə. açıqlanmış və açıqlanmamış, yazılı (əlyazma, not yazısı və s.) və şifahi (kütləvi çıxış, kütləvi ifa və s.), səs, mətn, görüntü və s. formalarda ola bilər. Müəlliflik hüququnun yaranması üçün Ə.-in qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb edilmir.
See also:
Jurnalistika terminləri lüğətiTorpağın, suyun, Yerin təkinin, atmosferin, canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində baş verən dəyişikliklər, onların qiymətləndirilməsi, habelə ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər, məsrəflər barədə məlumatlar.
Jurnalistika terminləri lüğəti