yun. eu – yaxşı + yun. phemia – danışıram
Kobud, ədəb normalarından kənar ifadənin əvəzinə işlədilən nisbətən yumşaq, stilistik baxımdan neytral söz, yaxud ifadə.
Jurnalistikada E.-lərdən bəzən olayın mahiyyətini pərdələmək, gizlətmək məqsədilə istifadə olunur (məsələn, «işgəncə» əvəzinə «fiziki təsir»). Lakin çox vaxt E.-lər yazıda, yaxud çıxışda söyüşə, ədəbsizliyə yol verməmək, mətnin neqativ yükünü azaltmaq məqsədi güdür. Belə vəziyyətlərdə, adətən, jurnalistlər cümlədə «yumşaq desək», «ən yaxşı halda» kimi ifadələr işlətməklə oxucu, tamaşaçı və ya dinləyiciyə E.-in hansı sözü əvəz etdiyini təxminən müəyyənləşdirmək imkanı verirlər.
Jurnalistika terminləri lüğətiyun. – eramızdan öncə VI əsrdə yaşadığı ehtimal edilən antik yunan təmsilçisi Aisopos-un adından
Fikrin birbaşa deyil, üstüörtülü, məcazlar vasitəsilə çatdırılması.
Trakiyalı qul Ezop öz sahiblərinin eyiblərini birbaşa göstərə bilmir, bunun üçün təmsillərində alleqoriyadan istifadə edirdi. Ezopun əlyazmaları qalmayıb, onun təmsillərinə yazılı halda təxminən üç əsr sonra tərtib olunmuş mənbələrdə rast gəlinir. Herodot (e.ə. V əsr) və Aristotelin (e.ə. IV əsr) məlumatlarına görə, Samos adasında qul olan Ezop azadlığa buraxılıb və Delfidə öldürülüb. Plutarx (I əsr) isə təmsilçinin delfililəri təhqir etdiyinə görə qayadan atıldığını bildirir. E.D.-ndən daha çox qapalı cəmiyyətlərdə, tənqidə görə təqiblərin güclü olduğu mühitdə yazıçı və jurnalistlər istifadə edirlər.
Jurnalistika terminləri lüğətiing. «The Fairness Doctrine» termininin hərfi tərcüməsi
Teleyayımçılardan ictimai əhəmiyyətli məsələləri işıqlandırarkən alternativ baxışların əks olunmasını tələb edən prinsip.
Ə.D. 1949-cu ildə ABŞ-ın Federal Rabitə Komissiyası (FRK) tərəfindən radio və televiziyaların fəaliyyətində balansın qorunmasına nəzarəti həyata keçirmək üçün qəbul olunub. Bu qaydaya əməl etməyən kanal yayım lisenziyasını itirə bilərdi. Ə.D.-nın rəsmən qüvvədə olduğu müddətdə yayım vaxtı balansın pozulması ilə əlaqədar FRK çoxlu şikayətlər alırdı, yayımçılar tez-tez məhkəmə proseslərinə cəlb edilirdilər. Buna görə də 1987-ci ildə doktrina ləğv olundu, 2011-ci ildə isə FRK-nın sənədlərindən çıxarıldı.
Jurnalistika terminləri lüğətiMilli dilin müəyyən qayda-qanunlara tabe olan və nümunəvi ünsiyyətə xidmət edən ən yüksək forması.
Ə.D.-in tabe olduğu qayda-qanunlar sisteminə nitq normaları deyilir. Norma – sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəklidir. Ə.D. dialektlərdən, jarqonlardan fərqlənir, onun iki qolu var: şifahi və yazılı. Şifahi Ə.D. səslənən dildir, orfoepik normalara tabe olur, yazılı Ə.D. isə yazıda istifadə edilən dildir, orfoqrafık normalara tabe olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. redactus – düzəldilmiş, qaydaya salınmış
Nəşr olunmazdan öncə mətnlərin məzmununun, leksik və semantik keyfiyyətlərinin ədəbi dil qaydalarına uyğunlaşdırılması, məntiqi ardıcıllığın, faktoloji materialın yoxlanılması və səhvlərin düzəldilməsi prosesi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrinin fəaliyyətinə, yaydıqları materiallara auditoriyadan alınan reaksiya.
Ə-Ə. KİV-in fəaliyyətinin səmərəliliyini və kütləvi təsir gücünü müəyyən edən meyarlardan biridir. Ə-Ə. vasitəsilə media öz davranış tərzini, yayımın hədəflərini dəqiqləşdirir.
Jurnalistika terminləri lüğəti