fr. portrait < portraire – təsvir etmək
1. Konkret şəxsin, yaxud şəxslər qrupunun təsviri sənət üsulları ilə yaradılmış əksi (fotoşəkli, rəsmi, qravürü, heykəli və s.).
2. Ədəbiyyatda, jurnalistikada insanın xarici görünüşünün, xarakterinin cizgilərinin, bəzən cəmiyyətin, zamanın əsas xüsusiyyətlərinin sözlə təsviri; məs.: siyasi P. (qəzet rubrikası), əsrin P.-i.
3. Jurnalistikada insanın xarici və daxili aləmini açan, cəmiyyətin, zamanın əsas xüsusiyyətlərini, cizgilərini təsvir edən irihəcmli materialın janrı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. post – sonra + lat. scriptum – yazı
Yazılmış, imzalanmış məqalənin, məktubun sonuna əlavə olunan qeyd.
Adətən, latın hərfləri ilə – P.S. – işarələnir. Bəzən publisistik janrlarda televiziya verilişlərinin sonunda da mövzuya əlavə, epiloq əvəzi kimi verilir.
Jurnalistika terminləri lüğətilat. positum – bir yerə qoyulmuş + lat. conflictus – toqquşma, zərbə + lat. re – yenidən + lat. habilis – uyğunlaşmış
Uzun müddət münaqişə zonalarında təhlükə altında işləmiş və zorakılıqların şahidi olmuş jurnalistlərin psixoloji cəhətdən bərpasına yönəldilmiş tədbirlər sistemi.
Qərb ölkələrində jurnalistlərin P.R.-sı ilə məşğul olan mərkəzlər fəaliyyət göstərir (məs.: ABŞ-da Vaşinqton universitetinin nəzdində Dart mərkəzi). Onlar xüsusi seanslar, treninqlər üçün proqramlar, redaksiyalar və reportyorlar üçün müvafiq qaydalar və tövsiyələr hazırlayır.
Jurnalistika terminləri lüğəti1. Radio və televiziya kanalı proqramlarının qəbul edilməsi texniki cəhətdən mümkün olan ərazidə yaşayan əhali.
P.A. – yayım siqnalının əhatə dairəsi, bu dairədə yayım dilini anlayan əhalidəki qəbuledicilərin tipi və sayı nəzərə alınmaqla müəyyənləşdirilir, həmin insanların sayının ölkənin ümumi əhalisinin sayına nisbəti ilə ölçülür.
2. Nəşrin çatdırılması texniki cəhətdən mümkün olan ərazidə yaşayan əhali.
Çap KİV-in P.A.-sı onun çatdırılması mümkün olduğu ərazidə yaşayan və nəşrin dilini anlayan əhalinin sayı nəzərə alınmaqla müəyyənləşdirilir, bu insanların sayının ölkənin ümumi əhalisinin sayına nisbəti ilə ölçülür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. positivus – müsbət
1. Bütün hissələrinin parlaqlıq nisbəti ilə əks etdirdiyi obyektin reallıqdakı parlaqlıq nisbəti arasında uyğunluq olan foto, yaxud kinematoqrafik təsvir, lent, şəkil.
Bu mənada P. – təsvirin neqativinin əksidir.
2. Müsbət təsirə, xarakterə, xüsusiyyətə malik; məs.: P. fakt.
Jurnalistika terminləri lüğətiQarşıya qoyulmuş məqsədə konkret zamanda və məkanda ən səmərəli qaydada nail olmaq üçün insanların şüuruna, davranışına təsir üsulları və metodlarının məcmusu.
PR-T.-lar ictimai rəyi yönləndirmək, cəmiyyətin siyasi, sosial fəallığını artırmaq, mal və məhsulların imicini formalaşdırmaq kimi müxtəlif vəzifələrə xidmət edə bilər: bütün hallarda əsas kütləvi kommunikator rolunu media oynayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. prime time – kütləvi baxış vaxtı
Radio və televiziya proqramlarını auditoriyanın ən çox hissəsinin izlədiyi saatlar.
Müxtəlif ölkələrdə P-T. saat 19:00-dan 22:00-dək, 20:00-dan 23:00-dək müəyyənləşdirilir. Bir çox hallarda P-T.-ın başlanğıcı ana xəbər bülleteninin efirə çıxması vaxtı ilə üst-üstə düşür. P-T. reklam yerləşdirməyin ən münasib saatları, buna görə də radio və televiziyada ən bahalı efir vaxtıdır.
Jurnalistika terminləri lüğətilat. presso – sıxıram, təzyiq edirəm
Çap kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, digər dövri nəşrlər.
Bir çox hallarda P. deyilərkən elektron KİV də daxil olmaqla bütün media, yaxud jurnalistlər nəzərdə tutulur; məs.: pressa nümayəndələri; pressa üçün zalda yer.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti