ing. cliffhanger – kulminasiya, asılı vəziyyət
Televiziya seriallarında bir hissənin yarımçıq qalmış, növbəti hissənin əvvəlinə baxmadan nə ilə bitəcəyi bilinməyən sonluğu.
K. tamaşaçı kütləsini intizarda saxlamaqla onu serialı sonadək izləməyə sövq etmək üsuludur. Bu üsuldan çoxhissəli radiotamaşalarda, kəskin süjetli bədii və publisistik əsərlərdə də geniş istifadə olunur.
Jurnalistika terminləri lüğətifr. cliche – iz salmaq
1. Sonradan müxtəlif maddi daşıyıcılara (kağız, parça, dəri və s.) köçürmək üçün metal və ya taxta parçası üzərində qabarıq təsvir; qəlib.
2. Konkret şəraitdə dildə tez-tez işlədilən söz və ya söz birləşməsi, şablon ifadə, nitq davranışının köhnəlmiş modeli.
3. Yaradıcılıqda hər hansı məzmuna uyğun gələn bayağı, ənənəvi forma.
Jurnalistika terminləri lüğətiyun. klon – budaq, törəmə
1. Özündən əvvəl yaradılmış kütləvi informasiya vasitəsini (saytı, qəzeti, jurnalı) forma və üslubca təkrarlayan, onun oxşarı olan media orqanı.
K.-lar istifadəçiləri və oxucuları çaşdırmaq üçün ideoloji məqsədlərlə, yaxud rəqibin bazarına girmək, onu parçalamaq üçün kommersiya məqsədilə yaradıla bilər; məsələn, 2013-cü ildə Ukraynada «Maydan hadisələri» zamanı «Ukrainskaya pravda», «Korrespondent», censor.net.ua və bu kimi populyar internet-nəşrlərin xaricdə qeydiyyatdan keçmiş K.-ları yalan məlumatlar, çağırışlar dərc edir, ictimai rəyi çaşdırmağa çalışırdı. Bu proses «K.-ların müharibəsi» adını almışdı. Bəzən ənənəvi nəşrlərin – qəzet və jurnalların paralel saytlarını da K. adlandırırlar, lakin bu, yanlışdır, çünki həmin saytlar faktik olaraq eyni nəşrin fərqli formada təqdimatıdır.
2. İnformatikada: orijinalı olduğu kimi təkrarlayan proqram təminatı, onlayn-xidmət.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHərf və sözlər rəqəm və işarələrlə əvəz olunmuş, yaxud məzmunu kodlarla şifrlənmiş yazılı məlumat.
Məlumatın kodlaşdırılması müəyyən hallarda (məsələn, çıxış əllə yazılarkən) mexaniki üsulla, lakin, əsasən, xüsusi proqramlar vasitəsilə avtomatik həyata keçirilir. K.S.-i yalnız müvafiq proqramla, yaxud kodlaşdırma qaydalarını bilməklə oxumaq olar. Azərbaycan qanunvericiliyinə görə, stenoqramlar və digər formada K.S.-lər informasiya sorğusu vermiş şəxsə təqdim olunarkən istifadə üçün yararlı vəziyyətə salınmalıdır.
Jurnalistika terminləri lüğətilat. cognitio – dərketmə + lat. dissonantia – uyğunsuzluq, qarışıqlıq
İnformasiyanın məqsədli şəkildə xüsusi təqdimat formasının insanlarda yaratdığı psixoloji diskomfort, çaşqınlıq.
Faktlar və hadisələr haqqında məlumatlar elə ardıcıllıqla düzülür, elə ziddiyyətli şəkildə qurulur və sürətlə verilir ki, auditoriya onu qavraya, həqiqətdə nə baş verdiyini dərk edə bilmir. İnsan bu ziddiyyətli məlumatlar içərisində çaşır, onun beyni «qarışır». Belə vəziyyətdə ictimai rəylə manipulyasiya imkanları genişlənir. K.D. effektindən hökumətlər, iri korporasiyalar texnogen fəlakətlər, sosial münaqişələr və müharibələr zamanı istifadə edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. collage – yapışdırmaq
1. Təsviri sənətdə müəyyən materialların faktura və rənginə görə onlardan fərqlənən hər hansı müstəvi, yaxud özül üzərində yanaşı yapışdırılması üsulu, habelə bu üsulla yaradılmış əsər.
2. Qəzetlərdə, jurnallarda fotoların bir blokda montajı.
Jurnalistika terminləri lüğətilat. collegium – birlik, yoldaşlıq
Bir qrup vəzifəli şəxsi, yaxud eyni peşə sahiblərini birləşdirən inzibati, məsləhətçi və ya idarəedici orqan.
Mətbuatda, nəşriyyatlarda və bəzi hallarda elektron KİV-də yaradılan belə orqanlar «redaksiya K.-sı» adlandırılır. Redakisya K.-sı, adətən, geniş səlahiyyətlərə malik olur, nəşrin proqramının hazırlanmasında, tematik planların təsdiqlənməsində iştirak edir. Lakin bəzən redaksiya K.-sı cəmiyyətdə yüksək nüfuza malik şəxslərdən tərtib edilir və əsasən, təmsilçilik funksiyası yerinə yetirir.
Jurnalistika terminləri lüğətifr. colonne – sütun + lat. titulus – başlıq, yazı
Səhifənin yuxarı və ya aşağı hissələrində əsas mətndən ayrı yerləşdirilən sətir, xidməti informasiya.
K.-da dövri nəşrin adı, sayı, tarixi, səhifənin nömrəsi, yaxud əsərin və onun müəllifinin adı verilir. Çox vaxt K. mətndən qrafik üsullarla da fərqləndirilir.
Jurnalistika terminləri lüğəti