ing. International Standard Book Number – «Beynəlxalq standart kitab nömrəsi» terminindən yaradılmış abreviatura
Kitabların beynəlxalq standart eyniləşdirmə nömrəsi, kodu.
Bu kodlardan kitabların satışının, yayımının təşkili, kataloqların tərtibi və s. məqsədlərlə istifadə olunur. İSBN əsasında kitabın ştrix- kodu yaradılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. International Standard Serial Number – «Beynəlxalq standart serial nömrə» terminindən yaradılmış abreviatura
Dövri nəşrlərin beynəlxalq standart eyniləşdirmə nömrəsi, kodu.
Həm mətbu, həm də elektron nəşrlərə verilən bu kodlardan qəzetlərin, jurnalların və s.-nin beynəlxalq satışının, yayımının təşkili, kataloqların tərtibi və s. məqsədlərlə istifadə olunur. İSSN əsasında dövri nəşrin ştrix-kodu yaradılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti