Reklam
Reklam

Məsəllər, deyimlər

GÜNAH KEÇİSİ

Yol verilmiş bu və ya başqa qəbahətə görə günahlandırılan və ya başqalarının günahını öz boynuna götürən şəxs haqqında işlədilən ifadə.

İfadə qədim yəhudilərdə günahları yumaq üçün mövcud olmuş adətlə bağlı meydana çıxıb.

Həmin dövrdə yəhudilər keçini tutub günahlarını onun belinə yükləyir və səhraya buraxırdılar. Güman edirdilər ki, bununla da ruhlarını saflaşdırır, Tanrı qarşısında təmizlənir, işlərini yüngülləşdirirlər. Sonralar «günah keçisi» adlandırılan həmin heyvana yəhudilər Azazel deyirdilər.

Bununla bağlı məşhur italyan mütəfəkkiri, yazıçısı və rəssamı Alberto Savinio yazmışdır ki, keçinin adını nə qoyursan qoy, amma toplumların mənəvi problemləri (günahları) fiziki yolla həll etmək (yumaq) cəhdindən inadla əl çəkməməsi insanlar arasında özlərini və başqalarını aldatmaq ənənəsinin möhkəmliyinə klassik nümunədir.

Məsəllər, deyimlər