Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əylənmək1 [əyləmməx'] feil

Dayanmaq, durmaq, yubanmaq, ləngimək, ilişib qalmaq, sakin olmaq. O, görəsən, harada əyləndi, gəlib çıxmadı? Namərddə söz əylənməz; Mərd deməz gördüyünü. (Bayatı).

əylənmək2 [əyləmməx'] feil

1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək, oynamaq, şənlik etmək. Axşam yaxşıca əyləndik. Uşaqlar bağçanın həyətində əylənirlər. Durub-durub əylənər; Məni görüb bəylənər; Adam kimi yeriyər; Adam deyil, əylənər. "Kölgə" (Tapmaca).
2. Lağa qoymaq, masqaraya qoymaq, ələ salmaq, oynatmaq, zarafat etmək, şuxluq etmək. Arabir Ballı onunla əylənərək: – A kişi, hansı bəxtəvəri sevmisən? – deyirdi. (A.Şaiq).

Azərbaycan dilinin izahlı lüğəti