Yan və bud kəlmələrindən əmələ gəlib: yanbud kimi olub, sonra son samit dəyişib. Yanbuz “budun yan tərəfi” deməkdir. İkinci ehtimal da ola bilər: söz mənbələrdə yanbaş şəklində də verilib, “ayağın yan tərəfinin yuxarı (baş) hissəsi” kimi açılanıb. Yanbaş isə təhrif nəticəsində yanbuz formasını... Ətraflı
Sağrı, yan. □ Əli qara öküzün yancağına bir çubuq vurdu. (F.Xoşginabi).... Ətraflı
Yançıq, yanlıq kimi də işlədilir, “сумка”, “yan tərəfdə olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Çox uzağa getməsin deyə heyvanın ipini ayaqlarına sarıma.... Ətraflı
Əlcək, qolçaq kəlmələrinin qəlibi üzrə yaranıb. Hər üç söz həm də -lıq şəkilçisi ilə işlədilmişdir: yanlıq, əllik, qolluq. -çaq2 və -lıq4 şəkilçilərinin sinonim olması göstərir ki, onların hər ikisi məkan anlayışı ilə bağlı isimlər düzəldib: yanda olan, əldə olan,qolda olan... mənalarını əks et... Ətraflı
1. Dialekt. İki küsülü tərəfi barışdıran adam; vasitəçi. □ Xülasə, hər iki tərəf yançıların köməyi ilə bir-birinə güzəştə gedib toyu başlayacaqlar.... Ətraflı
1. İki küsülü tərəfi barışdıran adam; vasitəçi; köməkçi, havadar.
2. Sağdış, soldış. Dastanlarda sonuncu mənaya rast gəlinir.
Nə qəşəng geyiniblər,
Yanında duran yançılar.
Hərəsinin başı üstə
Haz... Ətraflı
Köməkçi. □ Yançı olmasa, çovan, sığırçı işdiyəmməz (Borçalı); Xanatoxuyanın ya:nda yançı olor (Qazax); Bu xalçanı yançı olmasa, toxumax çətin olar (Bərdə); Axıracan oturufi hanıya köməy eliyənə y... Ətraflı
Çoxdanışan. □ Çoxdanışan arvada biz yançı arvat, çəngi arvat deərix'.... Ətraflı
Kənar adam. □ İkisi qapışır, yançı gəlir ayırtdaşdırır (Oğuz); Mən sənə yançıyam ki, mənim üsdümə gələsən! (Quba).... Ətraflı
Sağdış, soldış.... Ətraflı
Bax: yançidar. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu atı yançıdar eləyib, göy çəmənə buraxdı, sonra Nigar xanıma dedi... (“Koroğlunun İstanbul səfəri”)... Ətraflı
İki küsülü tərəfi barışdırma; vasitəçilik, kömək, kömək etmə.... Ətraflı
Yançidar etmək (eləmək): uzağa getməsin deyə heyvanın ipini ayaqlarına sarıma. (“Koroğlu” dastanının lüğəti)
Düşüb atları yançidar eləyib ota buraxdılar, özləri də bir balaca çəmənlikdə başlarının... Ətraflı
Bu sözü yamac (косорог) demək olub, “dağın yan tərəfi” dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Anbar əvəzinə istifade edilən tikinti, daxma. □ Uşağlar, yandamınnan çıxın, bağlıyıram.... Ətraflı
Yan tərəfdən, böyürdən. □ Yandan keç. Yandan maşın gəlir.... Ətraflı
Yandı-qındı vermək – ələ salaraq hirsləndirmək, qızışdırmaq, acıq-qıcıq vermək.... Ətraflı
Yandı-qındı vermək: acıq vermək, hirsləndirmək, qızışdırmaq, yanıq vermək. (“Koroğlu” dastanının lüğəti)
İndi odur ki, qəsdən belə deyib ona yandı-qındı verirdi. (“Eyvazın Çənlibelə gətirilməyi”)... Ətraflı