1. Namussuz, qeyrətsiz.
2. Bəzən zarafatla deyilir. □ A qurumsaq, bəs bu nə işdir? (C.Məmmədquluzadə).... Ətraflı
Kök qurnaz kəlməsindəki qurla eynidir. Pis niyyətlə (təmənalı şəkildə) qadın və kişinin arasını düzəldən, onları əxlaqsızlığa çağıran adama “qurumsaq” deyirlər. Qur “hiylə” deməkdir. Gül-üm-sə qəlibi üzrə də qur-um-sa feili yaranıb, -q şəkilçisi onu sifətə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğ... Ətraflı
Namussuz, qeyrətsiz. (“Koroğlu” dastanının lüğəti)
Keçəl Düratı qaçırdıb. Qurumsaq, sənə demədim, keçəl at oğrusudu? Tez ol, Qıratın yəhər-yüyənini bərkit. (Paris nüsxəsi, 6-cı məclis)... Ətraflı
Namussuzluq, qeyrətsizlik; rüsvayçılıq, biabırçılıq. □ Bu yekəlikdə də qurumsaqlıq olar, siz eləyirsiniz? (M.İbrahimov).... Ətraflı