1. Qarşı tərəf, ön tərəf; irəli, qabaq. □ Qapının qənşəri. Evin qənşərində.
2. Qarşıda yaxşı görünən yer. □ Qənşər yer.... Ətraflı
Qaraq (“göz” demək olub) sözü ilə qohumdur. “Göz tərəf” (ön tərəf) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Qabaq, ön. (“Koroğlu” dastanının lüğəti)
Özü də qənşər tərəfdən gedəcəyəm. (“Həmzənin Qıratı aparmağı”)... Ətraflı
Əvvəl. □ Qənşər bö:ük danışar, so:ra kiçik; Sən qalxozda mənnən qənşər işdiyirsən; Qənşərdə bı kənt Göyçaya baxırdı (Ucar); Qənşərrər adam pis yaşayırdı (Ağsu).... Ətraflı
Qabağa çıxmaq, qarşılamaq.... Ətraflı