1. Nişan. □ Hare:tsən bu Qazağın dili manşırdı (Qazax); Apar bu ağacla yerin ortasına manşır qoy, qarışmasın (Tovuz).
2. Məşhur. □ Nədir manşır adamdı (Borçalı); O bizim kətdə manşır adamdı (Tovuz)... Ətraflı
Dialekt. Bir şeyin yerini, səmtini və başqa cəhətlərini bələdləmək, nişanlamaq. □ İndidən yerini manşırlasan yaxşıdır. (M.Hüseyn).... Ətraflı
Bir şeyin yerini, səmtini və başqa cəhətlərini bələdləmək, nişanlamaq. (“Koroğlu” dastanının lüğəti) Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. (... Ətraflı
Nişanlamaq. □ Manşırradığım mişoxları aravıya yığ (Bərdə); Gedəndə yolu manşırradıx ki, gələndə azmıyax (Qazax); Manşırrıyıfsanmı ağaşdarı, ə:, oğul? (Gədəbəy); Al, bu kitabları manşırra (Tovuz).... Ətraflı