1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. □ Laçın yatağıdır bizim məkanlar. (Q.Zakir).
2. Məcazi mənada: müqayis... Ətraflı
M.Kaşğaridə laçin kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçın da da -çin “quş” deməkdir. Sıldırımlı qayalara yalçın deyirik. Görünür, la və yal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirib. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçın... Ətraflı
Şahin cinsindən alıcı quş; cürət, hünər, igidlik rəmzi. Havada şahinə bənzər,
Yerdəki laçına bənzər,
Göydə göyərçinə bənzər,
Əsli, qaşların, gözlərin.
(“Əsli və Kərəm”)... Ətraflı
Şahin cinsindən alıcı quş // cürət, hünər, igidlik rəmzi kimi işləni (“Koroğlu” dastanının lüğəti)
Bəlli Əhməd mayil saçına,
Müştaqdı üzdə maçına,
Qarğalar neylər laçına?
Ala gözlü Məhbub xanım!
... Ətraflı
qəd. türk dil. laçın quş adıdır. Laçın keçmişdə quş ovlamaq üçün bəslənilən şahin cinsindən olan yırtıcı, alıcı quşun adındandır, həmçinin hünərli, cəsarətli kimi məcazi mənalar ifadə edir.... Ətraflı