Lırt, lil, lehmə, lehim sözləri ilə “lığ” kökdaşdır. Alınma kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Palçıq. □ Ayaqqavım lığa batıf (Gəncə); Haravanı lığa salma; Yağış yağanda həməşə bizim qapı lığ olur (Füzuli).... Ətraflı
Bax: liğ. □ Lığdan zəmbil toxuyullar (Oğuz); Lığ olsaydı həsiri toxuyub qurtarardım (Lənkəran); Lığ Arazbasan yerrərdə olur.... Ətraflı
son dərəcə çox olmaq; ~ zığ vermək (vurmaq).... Ətraflı
Həddindən çox olmaq. □ Maşın doludu adamnan, lığ verey (Cəlilabad); Çeydə su lığ verir (Şəki).... Ətraflı
Qatı, mət, qəliz. □ Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar,lakin kəlamını kimsəyə oxumaz. (Y.V.Çəmənzəminli).... Ətraflı
Əyilib torpağa basdırılan budaqdan göyərən ting. □ Həsənov de:r ki, lığandaları gəti.... Ətraflı
Lığıda eləməy: tənəyin zoğunu torpağa basdırmaq. □ Biz üzimin şelin <qolun> lığıda eleyüg, bitey, sora kəseyüg, ayıreyüg ana üzimnən ki, özi əmələ gəlsin, yani ki, alahi üzim bitə bilsin.... Ətraflı
Yaxşı bişməmiş, alaçiy. □ Bö:ün uşax bazardan lığırs çörək alıb (Naxçıvan); Bu çörəy lığırsdı, yeməli döyü (Şamaxı).... Ətraflı
Dolu. □ Arazda bir yer vardı, balığ orda lığlameydı, tutma.nan qurtarmırdı (Zəngilan).... Ətraflı
Düyünü süzmədən bişirmə. □ Lığlamapişir vər yesün.... Ətraflı
Bax: liğləməy. □ Lamı lığlamaseydim, bu yağış bizi isdadacaxdı.... Ətraflı
Bax: lix'ləməx'. □ O, taxılı çuala lığladı (Laçın).... Ətraflı
Lığ halına gəlmək, lığ olmaq. □ Yağışın suyu lığlanıb.... Ətraflı