Ərəbcədir, “səxavətli”, “comərd” deməkdir. Kərəm sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Musiqi. Azərbaycan aşıq havalarından birinin adı. □ Balabançı genə durub gəlir Aşıq Cəfərin yanına, Aşıq Cəfər kərəmi oxuyur. (Ə.Haqverdiyev).... Ətraflı
Mərhəmətli, lütfkar, insaflı, rəhmli. □ Könül qəmgin, ürək dərdli, vərəmli; Səni gördüm səxavətli, kərəmli. (Aşıq Ələsgər).... Ətraflı
İnsafsız, mərhəmətsiz, rəhmsiz. □ Səxavət olmayan kəsdə şücaət feili nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. (M.V.Vidadi).... Ətraflı
Mərhəmətsiz, rəhmsiz, insafsız. (“Koroğlu” dastanının lüğəti)
Ay Koroğlu, o necə deyərlər, qul xətasız olmaz, ağa kərəmsiz. (“Koroğlu ilə Bolu bəy”)
*
Koroğlu, bir qələtdi eləmişəm. Qul xətasız olm... Ətraflı
Dialekt. Yonulmamış yoğun ağac, dirək, iri kötük. □ Evin kərəni sınmışdır. El yığılsa, kərən sındırar. (Atalar sözü).... Ətraflı
Qərb dialektlərində çox işlədilir, böyük və canlı milə deyirlər. Mənası farsca “maili” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Yonulmamış yoğun ağac, dirək, iri kötük. (“Koroğlu” dastanının lüğəti)
– Oğul, bir iynə boyda deşikdən bir kərən boyda soyuq gələr. Çıx, oranı ört. (“Alı kişi”) (İ.A., B.A.)... Ətraflı
Yonulmamış yoğun ağac, dirək, iri kötük. Abbas bu sözləri deyər sərindən,
Arxı qazın, suyu gəlsin dərindən,
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
... Ətraflı
Evin üstə qoyulan tir. □ Palıtdan yaxşı kərən olar (Borçalı); Köməy eli:n öyün üsdünə kərən salax (Basarkeçər); Meşədən iri kərən kəserdix' (Tovuz); Köməy elə kərəni dama qaldırax (Daşkəsən).... Ətraflı
Cərgə, sıra. □ Kərənnən yığırıx, yanı cərgeynən, sıreynən.... Ətraflı
Bax: kərəm.... Ətraflı
1. Dəfələrlə, bir neçə dəfə (Cəbrayıl). □ Bı sözü sə: kərən-kərən demişəm, genə öz bildiyi: eliyisən.
2. Hərdənbir (Şamaxı). □ Başımın ağrısı kərən-kərən tutur.... Ətraflı
1. Arxaizm. Nəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti (adətən təntənələrdə, qələbə bayramlarında çalınardı). □ Vəliəhd atın üstünə qalx... Ətraflı
Arxaizm. Kərənayların birdən çalması. □ Günəş Həməl bürcünə yaxınlaşdığı dəqiqədə .. vurulan kərənayxana Novruz bayramı mərasiminin başlandığını xə... Ətraflı