Rəngi az, açıq, rəngsiz. □ Böyükxanım şad və xürrəm, gümüş podnos içində iki stəkan kəmrəng çay gətirdi. (M.S.Ordubadi).... Ətraflı
Qabaq dişləri tökülmüş (adam). □ Dişim düşüb olmuşam kəmrik (Kürdəmir); Kəmrik olduğumnan xörəgin ləzzətin də bilmirəm (Əli Bayramlı).... Ətraflı
Savadı az, azsavadlı, az oxumuş, savaddan kəm. □ Kəmsavad adam.... Ətraflı
Azsavadlılıq, savadı az olma.... Ətraflı
Arxaizm. Ağıldan kəm, kəmağıl, ağılsız.... Ətraflı
Arxaizm. Axmaq-axmaq, gic-gic. □ Ay üstünə od tökülsün, nə ilə oxutmaq istəyirsən, .. kəmsər-kəmsər danışma. (“Qatır Məmməd”).... Ətraflı
İtin boynuna bağlanan ip, xalta. □ ..Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. (S.Rəhimov).... Ətraflı
Çatışmayan, əlavə edilməli olan hissə, parça. □ Kəmsiyi var.... Ətraflı
Kəmçik forması da var (təhrifdir), kökü kəm (az) sözüdür, farscadır, -sı şəkilçisi adlardan feil düzəldir, -k isə feili yenidən ada çevirib. Hərfi mənası “aza meyil edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
1. Başına, boğazına kəmsik keçirmək, kəmsik salmaq, xaltalamaq; başı kəmsikli halda yanınca aparmaq.
2. Məcazi mənada: noxtalamaq, yüyənləmək.... Ətraflı
Kəmsiyi olan, boynuna kəmsik salınmış; xaltalı. □ Kəmsikli it.... Ətraflı
Bax: kəmsiy. □ Kəmsix'nən iti bağlıyıllar (Xocavənd); Bunnansa get boğazına kəmsix' sal (Qazax).... Ətraflı
Boğazına ip bağlamaq. □ Xurda cijim buzoyu kəmsix'liyir (Çənbərək); Ax, bu Kazım nə kəmsix'lənəsidi, bir çöp gətirmir öyə (Qazax).... Ətraflı
Bağ, ip. □ Səfiy iti həməşə kəmsiydə saxlallar (Şamaxı); O, itin başına kəmsiy bağlıyıf sürüyür (Şuşa).... Ətraflı
hirsindən, qəzəbindən boğulmaq, bərk hirslənmək, qəzəblənmək.... Ətraflı
həddi keçmək; ~ həddini aşmaq.... Ətraflı