1. Yırğalanan, hərəkət edən maye və ya yarımmaye kütlə üzərində əmələ gələn içərisi hava, ya da qazla dolu girdə qabarcıqlar yığını. □ Suyun köpüyü... Ətraflı
Bax: qəpik.... Ətraflı
Bu söz köpmək feili ilə qohumdur. Mənbələrdə köpür (пениться) sözü də var. Deməli, kök köpüdür(köpü-k, köpü-r), “çox” mənasında işlədilən köp sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Kiçik köpük, incə köpük. □ Külək əsdikcə dənizin səthi titrəyir, xırda dalğalarla və ağ köpükcüklərlə dolurdu. (S.Rəhman).... Ətraflı
Köpük əmələ gəlmək, köpük etmək. □ Su köpükləşmişdi. Çay köpüklədi. Yağ köpüklədi.... Ətraflı
Köpükləndirən, köpük əmələ gətirən. □ Köpükləndirici maddə.... Ətraflı
Bax: köpükləndirilmək.... Ətraflı
Köpük əmələ gətirilmək.... Ətraflı
Bax: köpükləndirmək.... Ətraflı
Köpük əmələ gətirmək. □ Suyu köpükləndirmək.... Ətraflı
1. Köpük əmələ gəlmək, köpük hasil olmaq, köpüklə örtülmək. □ Sabun köpükləndi. Yağ köpükləndi. Pivə köpükləndi.
2. Çox tərləmək, tər tökmək.... Ətraflı
Köpük əmələ gətirmək, köpükləndirmək.... Ətraflı
Köpüyü olan, köpük verən, köpük edən, köpüklənən, köpüklə örtülü. □ Köpüklü su. Köpüklü ləpələr.... Ətraflı
Köpüklü şeyin halı, keyfiyyəti. □ Köpüklülük dərəcəsi.... Ətraflı