Biçilmiş taxıl bağlaması. □ Dərz qalağı. Dərz bağlamaq.... Ətraflı
Keçmişdə taxılı oraqla biçir və dərz halında belini bağlayırdılar. Dərz fars dilindən alınma sözdür, mənası “tikmə, bağlama” deməkdir. Dərzi sözü ilə eyni kökə malikdir. Dərzin belini bağlayan vasitə -bafa (kökündən qoparılmış küləşli sünbül) adlanır və bu da fars mənşəlidir. (Bəşir Əhmədov. Etim... Ətraflı
Dərzlər halında. □ Dərz-dərz bağlamaq.... Ətraflı
Texnika. Biçilmiş taxılı dərz halında bağlayan. □ Dərzbağlayan maşın.... Ətraflı
Dərzləri bir yerdən başqa yerə daşıyan. □ Dərzdaşıyan maşın.... Ətraflı
Ot və ya taxılın arabadan tökülməməsi üçün onun üstündən uzadılan, yaxud yanlarından sancılan ağaclar. □ Bu gün arabamız üçün dərzəlacımızyoxdı.... Ətraflı
Dialekt. Otun tökülməməsi üçün yüklü arabanın üstünə və yanlarına uzadılan ağac.... Ətraflı
Uzun yaba, tayaya ot qaldırmaq üçün istifadə olunan yaba. □ Dərzənbalı həyətdən gəti.... Ətraflı
Dialekt. İynəşəkilli xırda yarpaqları olan, yerə sərilən ot bitkisi.... Ətraflı
Paltar biçib-tikən usta. □ Dərzi şagirdi. Uşaq dərzisi. Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına. (Atalar sözü).... Ətraflı
Fars mənşəlidir, dərz sözü ilə qohumdur. Bizdə tonçu (donçu) sözü işlədilib (don “paltar” demək olub). Bundan başqa yu (tikiş) və yuçu (paltar tikən) sözlərindən də istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Dərzinin peşəsi, sənəti, işi. □ Dərzilik etmək.... Ətraflı
Zoologiya. Sərçələr dəstəsindən kiçik meşə quşu.... Ətraflı
Darzi adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dərzixan (bax: ad – DƏRZİ; XAN) kişi adı Dərzi xan anlamına gəlir.... Ətraflı
Dərzilərin işlədiyi yer, paltar biçilib-tikilən yer. □ Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə dərzixanada tikilir. (M.S.Ordubadi).... Ətraflı