Arxaizm. Paltar, camaşır. □ Qoysun başına molla gərək üç pud əmmamə; Yay, qış ola əynində onun bir cürə camə. (Ə.Qəmküsar).... Ətraflı
Rəvayətə görə, şərabın ilk ixtiraçısı Cümşüd (Cəmşid) olub. Cami-cəm sözündəki birinci hissə qab deməkdir, cəm isə Cümşüd (Cəmşid) sözünün ixtisarıdır. Cami-cəm “Cümşüdün şərab qabı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Qısaboyunlu, irigövdəli gövşəyən ev heyvanı. □ Balıq başından iylənər, camış ayağından. (Atalar sözü).... Ətraflı
Əsli qavmış kimidir. Farsca inəyə qav, camışa qavmış deyirlər. Bizdə isə müvafiq qaydada sığır və su sığırı (bəzən də qara sığır) deyilib. Ruslardakı говядина sözü də bununla qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan.
C.-ın ağır bədəni, qısa boyu, möhkəm ayaqları, enli başı var. Boğazlıq dövrü 12 aydır. Bədəninin çəpinə uzunluğu 135, döş qu... Ətraflı
Camışçılıq mütəxəssisi, camış saxlamaqla, camışçılıqla məşğul olan adam. □ Güllü bacı kəndin məşhur camışçısı idi.... Ətraflı
Camış yetişdirmə, camış saxlama. □ Bizim kənddə camışçılıq təsərrüfatı çox inkişaf edib.... Ətraflı
Yazın ilk üç günü. □ Camışqıranda boran olor, alaçalpo:lor <alaçalpov olur>, qarnan yağış yağer, camış davam gətirme:r, ölör (Qazax); Camışqıranda mə:m bir malım öldü (Borçalı).... Ətraflı
Qarı nənə deyərmiş: “mart gözünə barmağım, yaza çıxdı oğlağım”. Sonra soyuq olur, oğlaqlar qırılır. Camışqıran buna tam uyğun gəlir: aprelin 1-ci ongünlüyündə özünü göstərən şaxtalı günləri belə adlandırıblar (görünür, başqa bir qarı nənənin də camışları qırılıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Cəmşidin camı (əfsanəyə görə İran şahı Cəmşidin dünyadakı bütün şey və hadisələri göstərən qədəhi).... Ətraflı