ən

Axtarış nəticələri

201

əngələ salmaq

əngələ salmaq frazeoloji birləşməsinin mənası. əngələ salmaq idiomunun izahı

çətin vəziyyətə salmaq, işlərinə maneə yaratmaq, dolaşıqlıq yaratmaq; ~ tora salmaq....    Ətraflı

202

əngəlho:zə

Əngəl, maneə. □ Gecikdirsən işin içinnən bir əngəlho:zə çıxacax....    Ətraflı

203

əngəlləmək

əngəlləmək sözünün izahı. əngəlləmək sözünün mənası

1. Əngəl törətmək, çətinlik törətmək, əngəl olmaq. □ İşin gedişini əngəlləmək.
2. Azarlı olmaq, zəifləmək, səhhəti korlanmaq. □ Canı əngəlləyibdir....    Ətraflı

204

əngəlli

əngəlli sözünün izahı. əngəlli sözünün mənası

Əngəli olan, çətin, dolaşıq, cəncəl, xatalı. □ Əngəlli məsələ. Əngəlli iş....    Ətraflı

205

əngəlo:zə

Bəla, müsibət. □ Heç bilmirsən, başmə nə əngəlo:zə gəlib....    Ətraflı

206

əngəlo:zər

Çətin. □ Bı çox əngəlo:zər işdi; Əcəb əngəlo:zər işə tüşdüm....    Ətraflı

207

əngəlsiz

əngəlsiz sözünün izahı. əngəlsiz sözünün mənası

Əngəli olmayan, maneəsiz, asan başa gələn, çətinliklə bağlı olmayan, xatasız. □ Əngəlsiz iş....    Ətraflı

209

əngənək

əngənək sözünün izahı. əngənək sözünün mənası

Dialekt. Saxsı ləyən, laxan, paltar yumaq üçün təknə; tabaq. □ Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı. (C...    Ətraflı

210

əngənəx'

Xəmir yoğurmaq üçün böyük qab. □ Əngənəx'də xəmir qayrıllar....    Ətraflı

212

əngərmək

Duyuq düşmək. □ O elə təzəcə əngərib ki, yoxlama gəlir....    Ətraflı

213

əngəs

Bax: əngəz. □ Əngəs yanında gördüm....    Ətraflı

214

əngəz

Lap. □ Əngəz bizim evin yanındadı olların idarası (Mingəçevir)....    Ətraflı

215

əngi

Bax: əngən. □ Əngi adam çox danışar, yorulmaz; Fatma əngi adamdu....    Ətraflı

216

əngi qızışmaq

əngi qızışmaq frazeoloji birləşməsinin mənası. əngi qızışmaq idiomunun izahı

çox danışmaq, söhbəti uzatmaq, uzunçuluq eləmək, çərənləmək;
~ əngə vermək, əngini yormaq....    Ətraflı

217

əngiboş

əngiboş sözünün izahı. əngiboş sözünün mənası

Çoxdanışan, boşboğaz, çənədən boş, naqqal. □ Əngiboş adam....    Ətraflı

218

əngil

Köhnə, köhnəlmiş. □ Mənə o şalvarın əngilin vereydilər....    Ətraflı

219

əngilava

Üzüm mürəbbəsi. □ Əngilava uladu, ağadayı lap yaxşu....    Ətraflı

220

əngilik

Yabanı bitki adı. □ Başa sürtmağa yağ qayrırıx, hona əngilik atırıx....    Ətraflı