“Məhəmmədin aslanı” (şiri) deməkdir. “Qoçaq” anlamını da əks etdirir. Fars (şir) və ərəb (Məhəmməd) mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı. □ Şirni almaq. Şirni yemək.... Ətraflı
Şirniyyat hazırlayıb satan adam, şirniyyatçı. □ Səriyyə bir işçi qızı idi. Şirniçiyə ərə verilmişdi. (Mir Cəlal).... Ətraflı
Şirnikləndirən, həvəsləndirici, rəğbətləndirən, maraq oyadan. □ Şirnikdirici tədbirlər.... Ətraflı
Həvəsləndirmək, rəğbətləndirmək, şövqləndirmək, rəğbət oyatmaq, maraq oyatmaq. □ Hacı Tağı Allahqulunu şirnikdirmək ... təkcə qızını da ona verməyi... Ətraflı
Bax: şirnikləndirmək.... Ətraflı
Bir işə həvəsləndirmək, daha da həvəs oyatmaq, rəğbətləndirmək, şövqləndirmək.... Ətraflı
Həvəslənmək, həvəsə gəlmək, şövqlənmək.... Ətraflı
Şirni olaraq verilən pay. □ Qayçım parçanı kəsmir, şirniklik üçün “qayçıkəsməz” verin, qayçım da kəssin. (R.Əfəndiyev).... Ətraflı
Alışmaq, öyrəşmək, uyuşmaq, həvəslənmək. □ Nə deyim, qızdır, şirnikməsə, qaçmaq istəsə, ona da həmiyyət göstərərəm. (Ə.Məmmədxanlı).... Ətraflı
Bir qədim deyim var: “əvvəl şirnini verib şirnikdirir, sonra zəhər verib öldürür”. Bəli, şirnikmək sözü məhz şirni kəlməsindən əmələ gəlib: bir və birikmək, şirin və şirnikmək sözlərinin qəlibi eynidir. Şirnikmək –şirniyə öyrəşmək, dadanmaq deməkdir (qan və qanıxmaq, ot və otuxmaq sözləri də h... Ətraflı
Şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatı. □ Süfrəyə şirniyyat düzmək.... Ətraflı
1. Şir pəncəsi.
2. İnsan bədəninin müxtəlif yerlərində, xüsusilə peysərdə əmələ gələn iri, qara,... Ətraflı
Botanika. Yaşımtıl çiçəkləri və qırış-qırış yarpaqları olan ot bitkisi.... Ətraflı
İkiləpəlilər sinfinin dodaqçiçəkkimilər (dalamazkimilər) fəsiləsindən bitki cinsi.
Dünyada 15, Azərbaycanda 2 növü – adi (beşləçəkli və ya tüklü) Ş. və Türküstan Ş. yayılmışdır.... Ətraflı