Xəbərçi, şeytanlıq edən adam. □ Gəzir könülləri söz yaza-yaza; Çuğul xəbər verir bunu knyaza. (S.Vurğun).... Ətraflı
Ərəbcə olan şaqul (rusca: отвес) sözünün təhrifindən əmələ gəlib. Ustalar hörgü zamanı ondan istifadə edirlər ki, divarda əyrilik alınmasın. Söz bizdə məcazi məna da kəsb edib: “xəlvət işi xəbər verən” anlamında da işlədilir (çuğullamaq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Xəbərçi, casus. Bunlar burda qalsın, sizə xəbər verim çuğul qarıdan.
Çuğul qarı gecənin bir aləmində durdu: – Gedim görüm Leyli xanım neyləyir, bəlkə, mənə birbaş yağı düşdü, – deyib yola düzəldi... Ətraflı
Xəbərçi, casus. (“Koroğlu” dastanının lüğəti) Mərd igidlər bir-birinə daldadı,
Çuğullar ölməyib, sağı-soldadı,
Mərd meydandan qaçmaz, qaçsa aldadı,
Qovğa günü haçaq olar sultanım!
... Ətraflı
Xəbərçi, araqarışdıran. □ Bizdə çuğul adam yoxdu (Tovuz); Çuğula alağuz adam deynəx' (Daşkəsən); Qunvan yaman çuğul adamdı (Gədəbəy); O çox çuğul adamdı (Şuşa); Çuğul adam munun sözün ona de:n... Ətraflı
Divarın düzlüyünü yoxlamaq üçün işlədilən alət. □ Duhanın küncünü çuğulnan bin ölç, gön əyniliyi vanmı? (Tovuz); Ə:, çuğulu ven, difanı yoxluyum (Basarkeçər).... Ətraflı
Xəbərçilik, şeytanlıq. □ ..İndi sən .. istərsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? (M.F.Axundzadə).... Ətraflı
Xəbər vermək, xəbərçilik etmək, şeytanlamaq. □ ..Ağa, vallah, yalan deyir, nahaq yerdən gəlib məni sənə çuğullayır. (S.S.Axundov).... Ətraflı
Çuğulla divarın əyriliyini ölçmək, müəyyənləşdirmək. □ Bax, bında çuğul çuğulladı.... Ətraflı
Şeytanlamaq, xəbərləmək. (“Koroğlu” dastanının lüğəti) Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq. (“Mərcan xanımın Çənlibel... Ətraflı