“AZLEKS” layihəsi 2013-cü ildə “Altun kitab” nəşrlər evində işlənib hazırlanmışdır. Layihə izahlı və ikidilli lüğətlərin çap və elektron variantlarının hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində işlər üç istiqamətdə aparılır:
- Terminoloji lüğətlər
- İzahlı lüğətlər
- İkidilli lüğətlər
Hər bir istiqamət üzrə lüğətlərin tam versiyası ilə yanaşı, məktəbli versiyalarının da hazırlanması nəzərdə tutulur. Lüğətlər üzərində peşəkar leksikoqraflarla yanaşı, müxtəlif elm sahələri üzrə mütəxəssislər çalışırlar.